Balabəy Ağayev DÇ-da ilk görüşünü qələbəylə bitirib
Bakıdakı Milli Gimnastika Arenasında kişi və qadın cüdoçular arasında Olimpiada -2028-ə lisenziya xalları verən dünya çempionatına start verilib. Start günü kişilər 60, qadınlar isə 48 kq çəkidə mübarizəyə qatılıblar. Kişilərin yarışında həmyerlimiz Balabəy Ağayev (60 kq) ilk görüşünü 1/16 finalda Ukrayna təmsilçisi Dilşot Xalmatova qarşı keçirib. Əsas vaxtda qalib aşkar edilmədiyindən rəqiblər mübarizəni qızıl xal prinsipi ilə davam etdiriblər. Burada isə rəqib passivliyə görə xəbərdarlıq alıb və Azərbaycan cüdoçusu qalib elan edilib.
Təəssüflər olsun ki, qadınların yarışında tatamiyə çıxan təmsilçimiz Şəfəq Həmidova (48 kq) elə stardaca (1/32 final) uduzub.
Daha iki cüdoçumuz ilk görüşünə çıxacaq. Əhməd Yusifov (60 kq) və Könül Əliyeva (48 kq).
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



