"Gəncə" BK yeni mövsümə qələbəylə başlayıb
Kişi basketbol klublarının mübarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) yeni mövsümün (2026/2027) birinci turu davam edir. Oktyabrın 3-də Bakı İdman Sarayında birinci tur çərçivəsində daha bir oyun keçirilib. Söhbət "Ordu" İK-lə "Gəncə" BK arasıda baş tutan görüşdən gedir. Oıduqca maralı və gərgin mübarizə şəraitində keçən görüşdə qələbəyə sevinən tərəf Gəncənin eyniadlı klubu olub - 90:92 (19:23, 33:20, 19:29, 19:20).
Hissələrdən də göründüyü kimi, ilk və son iki hissə "Gəncə"-nin diqtəsi ilə keçib. Yalnız ikinci hissədə təşəbbüsə yiyələnən və ümumi hesabı öz xeyrinə olmaqla 52:43-ə çatdıran "Ordu" bundan artdığını edə bilməyib. "Gəncə"-nin qələbəsi isə onu turnir cədvəlində üçüncü pilləyə yüksəldib.
Yeri gəlmişkən, birinci turda keçirilməsi nəzərdə tutulan "Neftçi" - "Naxçıvan" görüşü isə birincinin Avrokubokda iştirakına görə təxirə salınıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



