Yücel Karauz:
Şuşa Bəyannaməsi Türk Dövlətlərinin birgə müdafiə və təhlükəsizlik konsepsiyasının əsasını qoydu
"Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda keçirilən konfransda Türkiyə Silahlı Qüvvələrinin azadlıqda olan general-mayoru, təhlükəsizlik üzrə ekspert Yücel Karauz da məruzə ilə çıxış etmişdir.
AZpress.AZ xəbər verir ki, Yücel Karauz öz çıxışında Şuşa Bəyannaməsinin hərbi-strateji əhəmiyyətinə və Türk dünyasının təhlükəsizlik arxitekturasına verdiyi töhfələrə xüsusi diqqət çəkmişdir. Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz Türk dünyasının gələcək birliyində müdafiə və hərbi əməkdaşlığın əhəmiyyətinə toxunaraq təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Karauz qeyd etmişdir ki, müasir geostrateji təhdidlər və regional çağırışlar fonunda Türk dövlətlərinin müdafiə sənayesi, hərbi təlimlər və təhlükəsizlik sahəsində inteqrasiyasını dərinləşdirməsi böyük zərurətdir. Şuşa Bəyannaməsindən irəli gələn prinsiplər regionda sülhün, sabitliyin və təhlükəsizliyin etibarlı qarantı kimi çıxış edir.
Yekunda Yücel Karauz vurğulamışdır ki, "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" uzanan strateji xətt Türk dünyasının vahid və sarsılmaz gücə çevrilməsində həlledici rola malikdir.
Xeyransa İsmayılova
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



