Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Elçin Mirzəbəyli:

Şuşa Bəyannaməsi Türk Dünyasının vahid informasiya təhlükəsizliyi sistemini şərtləndirir

3 Oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Gününə həsr olunmuş "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda keçirilən konfransda Əməkdar jurnalist, siyasi şərhçi və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elçin Mirzəbəyli də məruzə ilə çıxış etmişdir.

AZpress.AZ xəbər verir ki, Elçin Mirzəbəyli öz çıxışında Şuşa Bəyannaməsinin Türk dünyasının media və informasiya məkanında yaratdığı yeni reallıqlara toxunmuşdur.

Elçin Mirzəbəyli vurğulamışdır ki, müasir dövrdə media platformalarının, xəbər agentliklərinin və jurnalist təşkilatlarının sıx inteqrasiyası Türk birliyinin möhkəmlənməsinə birbaşa töhfə verir. Şuşa Bəyannaməsindən irəli gələn prinsiplər TDT-yə üzv ölkələrin informasiya siyasətinin də uyğunlaşdırılmasını və ortaq bəyanatların daha təsirli şəkildə beynəlxalq aləmə çatdırılmasını təmin edir.

Yekunda nəzərə çarpdırılmışdır ki, "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" uzanan strateji xətt Türk dünyasının həm media, həm də ideoloji müstəvidə vahid güc kimi çıxış etməsinin əsas dayaqlarından biridir.

Xeyransa İsmayılova

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111