Meryem Özkurt:
Şuşa Bəyannaməsi Türk dünyasının informasiya inteqrasiyasında yeni dövrdür
Bakıda 3 Oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Gününə həsr olunmuş "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda keçirilən konfransda Şimali Kipr Türk Respublikasının (ŞKTR) Bayraq Radyo Televizyon Kurumu (BRTK) Müdiri Meryem Özkurt da məruzə ilə çıxış etmişdir.
AZpress.AZ xəbər verir ki, Meryem Özkurt öz çıxışında Şuşa Bəyannaməsinin təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dünyası, o cümlədən Şimali Kipr Türk Respublikası üçün mühüm strateji əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.
O, həmçinin qeyd etmişdir ki, Türk dövlətlərinin media qurumları arasında təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi informasiya təhlükəsizliyinin təmin olunmasında və ortaq Türk mədəniyyətinin təbliğində həlledici rola malikdir.
Yekunda Meryem Özkurt Türk dünyasının media platformalarında birliyinin daha da möhkəmləndirilməsinin TDT-nin ümumi strateji hədəflərinə çatmasında vacib amil olduğunu bildirmişdir.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



