Cavadxan Qasımov
MÜASİR DÜŞÜNCƏLİ GƏNCLƏRİMİZ SABAHIMIZ VƏ GƏLƏCƏYİMİZ ÜÇÜN BÖYÜK ÜMİDDİR
Gənclər, hər bir millətin ümidini, hər bir xalqın etibarlı sabahını və hər bir dövlətin gələləcək dövrlər üzrə hədəflərini ifadə edir. Yenilik, modernləşmə, müasir yanaşma potensilının yaradılması və formalaşdırılması məhz gənclərin məqsədyönlü strateji baxışı ilə mümkün olur və reallaşmış olur. Gənclər bu günlə sabahın və gələcəyin səsləşməsidir. Bilik və bacarıqların, elmi baxışın, sərbəst araşdırma bacarıqlarının yüksək səmərəlilik göstəriciləri ilə müşayiət olunması məhz gənclərin cəmiyyətimizə qazandırmış olduğu yüksək dəyərlərdir. Elmin bütün sahələrində təmsil olunan müasir gənclik çoxistiqamətli araşdırma keyfiyyətlərinə malik olmaqla, istər humanitar, istər ictimai elm sahələrinin inkişafında, istərsə də dəqiq elmlərin yeni səhifələrinin açılmasında mühüm nəticələr ortaya qoymaqdadırlar.
Artıq dünya elmi süni intellekt üzərində qərarlaşan yüksək nəticə və təkliflərin, rəqəmsallaşma proseslərininsosial, iqtisadi, mədəni, hüquqi, gündəlik işgüzar mühit və bir çox digər istiqamətlərin gedişinə təsir etməsi, bütün tərəflərinə görə gənclərin intellektual yanaşma keyfiyyətlərinin daha da təkmilləşməsinə əsaslı zəminlər gətirməkdədir. Bu amil, bir daha təsdiq edir ki, elmin geniş əhatədə təkmilləşməsi müstəvisində hadisə və proseslərin mahiyyətini əsaslandırarkən gənclik zəruri olaraq, süni intellekt və rəqəmsallaşma reallıqlarını, gerçəkliklərini və göstəricilərini nəzərə alsınlar. Belə modern yanaşma, baxış və əsaslandırma keyfiyyətlərinə malik olan gənclərimizdən biri də Cavidan Ceyhun oğlu Kəngərlidir.
Cavidan 2 oktyabr 2011-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Cavidan yüksək elmi və intellektual səviyəsinə, keyfiyyətlərinə görə seçilir. Hazırda, Eynəli bəy Sultanov adına Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alan Cavidan Kəngərli mənsub olduğu nəslin, olduqca qürurlu daşıyıcılarından biri olaraq formalaşır, inkişaf edir və öz üzərində daha böyük inamla işləyir. Genişmiqyaslı araşdırmalar sahəsində fəallıq göstərən Cavidan, dəqiq elmlər sahəsində əhəmiyyətli nəticələr ortaya qoymaqdadır. Xüsusilə də, nəzəri fizika və elm fəlsəfəsi üzrə müstəqil öyrənmə və araşdırma ilə məşğul olmaqla, daha müasir və çağdaş düşüncənin mütərəqqi mexanizmlərinin əsaslarını yaratmaqdadır. Cavidanın araşdırma sahəsindəki maraqları və hədəfini,gənclərin elmlə məşul olması sahəsindəki motivasiyaedici məqsədləri təşkil edir. Belə ki, onun şagirdlər üçün hazırladığı tədris materiallarını ödənişsiz mentorluq fəaliyyəti ilə birləşdirməsi, daha effektiv fəaliyyətlə müşayiət olunur. Bu mənada, Cavidanın əsas məqsədlərindən birini, ABŞ-da fizika və fəlsəfə üzrə bakalavr təhsili almaq, gələcəkdə isə əldə etmiş olduğu bilik və tədqiqat təcrübəsi ilə Azərbaycan elminə töhfə vermək təşkil edir.
Elmi araşdırmalar sahəsindəki fəaliyyətinə diqqət etdikdə, aydın olur ki, Cavidan Kəngərlinin tədqiqat sahəsi və maraq dairəsi çoxistiqamətlidir. Onun əsas maraqları, kvant nəzəriyyəsinin əsasları, ölçmə problemi, zaman fəlsəfəsi və fiziki nəzəriyyələrin fəlsəfi şərhindən ibarət olmaqdadır. Eyni zamanda, təsadüfilik, determinizm və insanın qərarvermə imkanları arasındakı əlaqəni tədqiq etməklə, Spinoza, Xəyyam və Konfutsinin fikirləri də fəlsəfi mütaliə sahəsində də fəallıqgöstərir.
Cavidan bu sahənin həm də müasir elmi nailiyyətlər müstəvisində araşdırılmasını həyata keçirməklə, kvant nəzəriyyəsinin əsaslarını yaradan və inkişaf etdirən Maks Plank, Albert Eynşteyn, Nils Bor, Pol Dirak kimi dünya şöhrətli alimlərin əsərlərinə müraciət edir, mövzu ilə bağlı olan çoxistiqamətli məsələləri araşdırır, tədqiqat obyektinə cəlb olunmuş və əsasları yaradılmış bir çox elmi istiqamətləri əsas götürür.
Cavidan Kəngərlinin apardığı araşdırmaların mahiyyəti və aktuallığı olduqca yüksəkdir və günümüzlə səsləşir. Xüsusilə, gənc tədqiqatçı, fiziki təsadüfiliyin insanın seçimə nəzarətini izah edib, etmədiyini araşdırır. Əsas məqsədi araşdırmalarını daha intensivləşdirmək, dünya elminə müraciə etmək, xaricdə bu sahə üzrə daha da təcrübə keçmək, kvant nəzəriyyəsinin nəticələri ilə onlardan çıxarılan fəlsəfi iddiaları ayırmaqdır. Eyni zamanda, tədqiq olunan mövzunun aktuallığını həm qərarvermə, həm də kvant informasiya modelləri haqqında müzakirələrdə bu fərqin qorunmasında görən Cavidan elmi fəallığının yüksəldilməsinə də maraq göstərir.
Elmi araşdırma o zaman səmərəli, nəticəyönümlü və effektiv olur ki, onun çoxistiqamətli elm sahələri ilə əlaqəsini yaratmaq mümkün olsun və əsaslandırılmış izah imkanlarının tamamlanmasıçevik təmin olunsun. Bu mənada, gənc tədqiqatçının çoxistiqamətli araşdırmalarında fizika məntiq, ehtimal və informasiya nəzəriyyəsi, qərarvermə və idrak fəlsəfəsi ilə koordinasiya olunur. Bütün tərəflərinə görə uğurlu olan bu araşdırma, təsadüfi nəticə, səbəb təsiri və əsaslandırılmış seçim arasındakı fərqləri, həmçinin bir prosesin davranışını simulyasiya etməklə, onun fiziki quruluşunu əvəz etməyin niyə eyni olmadığını ortaya qoymağaistiqamət almış olur.
Cavidan elm yollarında inamla, etibarlılıqla və qətiyyətlə addımlayır. Onun yüksək akademik səviyyədə inkişaf məqsədini təbii olaraq, Azərbaycan elminə mühüm töhfə olacaq nəticələr təşkil edir. Məhz gənc tədqiqatçının olduqca mühüm hədəfi, kvant nəzəriyyəsi və elm fəlsəfəsi üzrə Azərbaycan dilində mənbəli əsaslandırmlar, tədris materialları və açıq müzakirələr hazırlamaq istəyindən ibarət olmaqdadır. Əsas məqsədi, şagirdlərin tədqiqat sualı qurmaq, arqumentləri müqayisə etmək və elmi mənbələrdən düzgün yararlana bilmək bacarıqlarını dəstəkləməkdir. Cavidanın belə birhədəfini, gələcək fəaliyyət prioritetiolaraq təqdim etmək olar.
Cavidan tədqiqat sahəsində sərbəst araşdırma aparabiləcək gəncdir. Onda bu potensial var və malik olduğu yüksək intellektial bacarıqları ilə bu tədqiqatları aparır. İstər, araşdırma, istərsə də, sərbəstöyrənmə keyfiyyətlərinin sintezi ilə daha məqbul fəaliyyətinə görə fərqlənməkdədir. Bu mənada, tədqiqatçı, Naxçıvan Astrofizika Rəsədxanasında müstəqil araşdırma fəaliyyətinin səmərəliliyi ilə də fərqlənməkdədir. Bütün bunların əsas mahiyyətini, 2026-cı ildə yazmış olduğu kvant qeyri-müəyyənliyi və azad iradə mövzusunda məqaləsinin nəticələrində ortaya qoymuşdur. Qeyd etmək olar ki, Cavidan, kvant qeyri-müəyyənliyinin libertarian azad iradəyə, yəni determinizmlə uzlaşmayan azad seçim anlayışına əsas yaradıb-yaratmadığını araşdıran konseptual məqalənin müəllifi olaraq seçilməkdədir. Tədqiqatçı, bu araşdırma ilə ölçmə problemini, kvant nəzəriyyəsinin fərqli şərhlərini və təsadüfi nəticə ilə insanın qərara nəzarəti arasındakı fərqi təhlil etməsi ilə daha aktual nəticələrə gəlməkdədir. Buna görə də, araşdırma işinin mühüm məqsədi fiziki qeyri-müəyyənlikdən azad iradə haqqında hansı nəticələrin çıxarıla biləcəyini əsaslandırmaqdır. Tədqiqatınmüxtəlifmərhələlərində statistik davranışın deterministik simulyasiyası ilə kvant resurslarını qoruyan fiziki əvəzetmə fərqləndirilir. Təbii olaraq, belə bir nəticə, konseptual və model əsaslı təhlildir, insan davranışının empirik izahı və ya yeni fiziki qanun iddiası deyil.
Cavidan araşdırmalarında dünya elminin inkişafında mühüm xidmətləri olan alimlərin əsərlərinə istinad edir. Onun istinad etdiyi araşdırma materialları içərisində, xüsusilə, nəzəri əsaslandırmalar çərçivəsində Bohmun (1952) kvant şərhi, Bellin (1964) teoremi və Keynin (1996, 2016) azad iradə yanaşması olduqca mühüm əhəmiyyətə malik olmaqdadır. Yenilənmiş arqumentdə Müller və Briegelin (2018) stoxastik agentlik modeli, Franklinin (2018) nəzarət və alternativ imkanlar müzakirəsi, Elzeinin (2023) qeyri-deterministik seçimlərin təhlil olunması müqayisə olunur.
Təqdimatın elmi istiqaməti baxımından yanaşdıqda, aydın olur ki, araşdırma obyektinə, kvant qeyri-müəyyənliyi ilə insanın seçimə nəzarəti arasındakı əlaqənin araşdırılması aid olunur. Bu mövzu, fizika fəlsəfəsini qərarvermə və insan davranışının konseptual təhlili ilə əlaqələndirir. Təqdimatın məqsədi arqumentləri jurnalın elmi qiymətləndirməsinə çıxarmaqdır.
Cavidan yeni dövrün aktual resurslarından, ehtiyat və mexanizmlərindən səmərəli olaraq istifadə etməklə, Advanced Placement (AP) proqramı üzrə riyazi analiz, fizika və proqramlaşdırma hazırlığını dərinləşdirməyi hədəf olaraq müəyyən etmişdir. Araşdırmaların effetivliyi baxımından yanaşdıqda, demək olar ki, Cavidan qarşıdakı keyfiyyət mərhələləri üzrə bir sıra hədəflər də müəyyən etmişdir. Həmin hədəflər, müxtəlifmərhələlərüzrə nəzərdə tutulur və şəxsən iştirak etmək hədəf olaraq götürülmüşdür.
Cavidanın tədqiqatlarının əsas hədəflər üzrə nəticələrinə diqqət etdikdə, aydın olur ki, xüsusilə də, onun hazırlıq planını limit və kəsilməzlik, törəmə və onun tətbiqləri, inteqral, diferensial tənliklər, parametrik və qütb koordinatlı funksiyalar, sonsuz sıralar mövzuları təşkil etmiş olur. Onun əsas məqsədi isə, fiziki dəyişmələri riyazi təsvir etmək üçün əsasları gücləndirməkdir. Hazırlıq üzrə planında məsələlərin analitik həlli, qrafik və düstur arasındakı əlaqənin izahı, həll addımlarının əsaslandırılması və vaxt məhdudiyyətli sınaqların təhlili olduqca mühüm yerə malik olmaqdadır.
Digər tərəfdən, araşdırmalarda, Kinematika, Nyuton qanunları, iş və enerji, impuls, fırlanma hərəkəti və rəqslər üzrə riyazi analizə əsaslanan hazırlıq planlaşdırır. Burada isə mühüm hədəf, fiziki vəziyyəti modelə çevirmək, uyğun tənlikləri seçmək və nəticəni fiziki mənası ilə izah etmək və əsaslandırmaqdır. Bu araşdırmada isə, hazırlıq mərhələsini, qüvvə diaqramları, hərəkət qrafikləri, saxlanma qanunları üzrə məsələlər və verilmiş eksperimental məlumatların şərhi daha da aktuallaşdırmaqdadır.
Cavidan eyni zamanda, elektrik yükü və sahəsi, elektrik potensialı, keçiricilər və kondensatorlar, elektrik dövrələri, maqnit sahəsi və elektromaqnit induksiyası üzrə hazırlıq nəzərdə tutur. Burada isə mühüm hədəf olaraq, elektrik və maqnit hadisələrini riyazi münasibətlərlə əlaqələndirmək tutulmuşdur. Təbii olaraq, hazırlıq mərhələsinə diqqət etdikdə, sahə və potensial məsələləri, dövrələrin təhlili, qrafiklərin şərhi və nəticələrin ölçü vahidləri ilə yoxlanılmasından ibarət olan əhəmiyyətli bir proses görmək olar.
Daha səmərəli elmi araşdırmalar müstəvisində, gənc araşdırmaçı, java dilində proqramlaşdırma, şərt və dövr strukturları, metodlar, siniflər və obyektlər, verilənlər kolleksiyaları üzrə hazırlıq nəzərdə tutur. Mühüm məqsəd isə, Python üzrə əvvəlki təlimini Java öyrənərkən baza kimi istifadə etmək istəyir. İndiki mərhələdə, Java üzrə sertifikat və ya tamamlanmış AP nəticəsi iddia etmir. Hazırlıq mərhələsində, Cavidan, xüsusilə, kiçik proqramların yazılması, kodun icrasının addım-addım izlənməsi, səhvlərin aşkarlanması və müxtəlif girişlər üzrə testlərin qurulması məsələlərinə aktual olaraq yanaşır.
Beləliklə, Cavidan Ceyhun oğlu Kəngərli, müasir gəncliyin olduqca işıqlı yolla yürüyən təmsilçisidir. İnanırıq və ümid edirik ki, gələcəkdə Cavidanın timsalında elmimiz savadlı, təcrübəli və uğurlu tədqiqatçı, alim və mütəxəssis qazanacaq. Bu yolda Cavidana bol nailiyyətlər arzu edirik.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



