U-17 boks millimiz Avropa çempionatına yollanıb
Oktyabrın 3-dən 11-dək Montoneqronun Budva şəhərində 17 yaşlılar (U-17) arasında boks üzrə Avropa çempionatı keçiriləcək. 9 gün davam edəcək bu yarışda Azərbaycan boksçuları da medallar uğrunda rinq döyüşünə çıxacaqlar. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, ölkəmiz sözügedən turnirdə 8-i qız olmaqla 21 boksçu ilə təmsil olunacaq.
Ümumiyyətlə, Avropa çempionatında Azərbaycan da daxil olmaqla, 40 ölkədən 500-dək boksçu mübarizə aparacaq.
Oktyabrın 1-də Montoneqroya yollanan millimiz oktyabrın 12-də vətənə dönəcək.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



