Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

RTÜK rəhbəri Bakıda “Dijital Vatan” və “Siber Vatan” mesajı verdi

Türkiyənin Radio və Televiziya Üst Qurulunun (RTÜK) sədri Mehmet Daniş Bakıda keçirilən Birinci CICA Media Forumunda çıxış edib.

AZpress.AZ xəbər verir ki, “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda keçirilən forumda informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, rəqəmsal dayanıqlılıq və media sahəsində beynəlxalq əməkdaşlıq müzakirə olunub.

Mehmet Daniş Türkiyənin “Dijital Vatan” və “Siber Vatan” baxışına toxunaraq bildirib ki, təhlükəsizlik anlayışı rəqəmsallaşma ilə yeni mərhələyə keçib.

Onun sözlərinə görə, rəqəmsal platformalar və kiberməkan artıq ölkələrin suverenlik anlayışının mühüm hissəsinə çevrilib.

Daniş qeyd edib ki, “Dijital Vatan” yalnız texniki infrastrukturun qorunması demək deyil. Bu anlayış həm də cəmiyyətlərin həqiqətə çıxışını və ictimai sabitliyi hədəf alan manipulyasiya və dezinformasiya cəhdlərinə qarşı institusional və ictimai dayanıqlılığın formalaşdırılmasını nəzərdə tutur.

RTÜK sədri dezinformasiya kampaniyalarının bir ölkənin sərhədləri ilə məhdudlaşmadığını və qısa müddətdə digər ölkələrin informasiya mühitinə də təsir göstərə bildiyini vurğulayıb.

O, bu istiqamətdə ölkələr arasında təcrübə mübadiləsinin, erkən xəbərdarlıq mexanizmlərinin və birgə maarifləndirmə layihələrinin inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111