Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil olunub

 

Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
Bu münasibətlə Masallı şəhəri “İmam Hüseyn” məscidinin mərasim evində ehsan süfrəsi təşkil olunub. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, şəhid ailələri, qazilər, din xadimləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ehsan süfrəsi zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi dərin ehtiramla yad olunub. Şəhidlərin ruhuna dualar oxunub, onların göstərdikləri qəhrəmanlığın və Vətən qarşısında fədakarlıqlarının daim ehtiramla anılacağı vurğulanıb.

 

Akif AĞAYEV
 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111