Qazaxıstanda matəm elan edildi
Qazaxıstanda Manqistau vilayətində xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbi qulluqçularla əlaqədar sentyabrın 25-də ümummilli matəm elan edilib.
AZpress.AZ xəbər verir ki, müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Daha əvvəl Qazaxıstanın Müdafiə Nazirliyi bildirmişdi ki, Xəzər dənizi sahilində Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində 19 hərbi qulluqçu dənizə düşüb. Onlardan 9-u həlak olub, 3-ü xilas edilib. Digərlərinin axtarışları davam etdirilir.
Hadisə ilə bağlı cinayət işi başlanıb, hərbi qulluqçuların həlak olmasının səbəblərinin araşdırılması üçün Hökumət Komissiyası yaradılıb.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



