Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Formula 1 həftəsində xarici media Azərbaycan irsi ilə tanış olub +FOTO=7

Sentyabrın 23-də Azərbaycan Qran-Prisinin yubiley yarışı ərəfəsində xarici media nümayəndələri üçün ənənəvi media turu təşkil olunub.

“Sky Sports F1”, “Sinxua” xəbər agentliyi, “Reuters Photo”, “Formula 1 Italy”, “Kazinform”, “Car Magazine Brasil” və digər beynəlxalq media qurumlarının nümayəndələrinin iştirak etdiyi tur zamanı jurnalistlər Azərbaycanın zəngin mədəni irsi və ənənəvi xalçaçılıq sənəti ilə tanış olublar.

Azərbaycan Milli Xalça Muzeyində keçirilən turda jurnalistlər xalçaçılığın tarixi, müxtəlif xalça məktəblərinin özünəməxsus xüsusiyyətləri, naxış, rəng və kompozisiya ənənələri barədə məlumat əldə ediblər.

Proqramın xüsusi hissəsi xalçaçılıq üzrə master-klass olub. Media nümayəndələri xalça ustalarının iş prosesini izləyib, ənənəvi toxuculuq texnikasını özləri də sınayıblar. Hazırladıqları xalça nümunələrini isə Bakıdan xatirə aparıblar.

Bu mövsüm Bakı yarışını işıqlandırmaq üçün şəhərə gələn xarici jurnalistlərin Bakının yalnız Formula 1 yarışı ilə deyil, zəngin mədəniyyəti, tarixi və milli irsi ilə də yaxından tanış olmağa göstərdikləri maraq diqqət çəkir. Şəhərin fərqli simasını kəşf etmək, yerli mədəniyyətlə daha yaxından tanış olmaq və bu təəssüratları öz ölkələrində bölüşmək onların Bakı səfərlərinin diqqətçəkən məqamlarından birinə çevrilir.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin yubiley yarışı 24–26 sentyabr tarixlərində keçiriləcək.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111