Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Qocalar" " döyüşdən" 11 medalla dönüblər

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda veteran cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatına yekun vurulub. ACF-dən verilən məlumata görə, sözügedən turnirdə iştirak edən azərbaycanlı "qocalar" "döyüşdə" üçü qızıl, səkkizi bürünc əyarlı olmaqla, 11 medal qazanıblar. Qızıl medallar bütün görüşlərini qələbə ilə başa vuran Babək Hacıyev ( M 5 yaş kateqoriyasında, ,60 kq), Mövlud Mirəliyev (M5, 100 kq) və Məhəmmədəli Mehtiyevin ( M1, 100 kq) aktivinə yazılıb.

Bürünc medalları isə yarışın son günündə tatamiyə çıxan Fərhad Rəcəbli (M8, 90 kq) və Azər Əsgərov ( M7, 100 kq), eləcə də, əvvəlki günlərdə mübarizəyə qatılan Əbülfət İsmayılov (M1, 60 kq), Mahir Abbasov ( M1, 81 kq), Coşqun Abdullayev (M1, 90 kq,,) 

Şxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi M3, 73 kq) və Anar Ağayev ( M4, 90 kq) qazanıb.

Bu nəticə ilə Azərbaycanın kişilərdən ibarət komandası 65 iştirakçı ölkə arasında yeddinci yeri tutub.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111