Ağcabədidə heyvandarlıq təsərrüfatına baxış keçirilib +FOTO=10
Sentyabrın 22-də Ağcabədi rayonunun Təzəkənd kəndində fermer Əbülfət Əsgərovun heyvandarlıq təsərrüfatına baxış keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfata baxış zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov, rayon icra hakimiyyətinin və aidiyyəti qurumların nümayəndələri, eləcə də digər şəxslər iştirak ediblər.
Fermer təsərrüfatında saxlanılan iri və xırdabuynuzlu heyvanlara baxış keçirilib, heyvanların saxlanma, bəslənmə və yemlənmə şəraiti ilə tanış olunub. Təsərrüfatın fəaliyyəti, heyvandarlığın inkişafı və məhsuldarlığın artırılması ilə bağlı fermerlə fikir mübadiləsi aparılıb.
Görüş zamanı heyvandarlıq sahəsində tətbiq olunan subsidiya mexanizmləri və yeni qərarlar barədə fermerə ətraflı məlumat verilib. Süd məhsuluna görə subsidiyaların ödənilməsi, ətlik heyvanlarla bağlı subsidiya imkanları və digər məsələlər izah olunub.
Həmçinin heyvanların sağlamlığının qorunması məqsədilə həyata keçirilən profilaktik peyvəndləmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb və təsərrüfatın daha səmərəli təşkili ilə bağlı müvafiq tövsiyələr verilib.
Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas prioritet istiqamətləri barədə də məlumat verilib.
Qeyd olunub ki, heyvandarlığın inkişafı, fermerlərin istehsal imkanlarının genişləndirilməsi və müasir təsərrüfatçılıq metodlarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlər kənd təsərrüfatının davamlı inkişafına xidmət edir.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



