Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri Xəlilür Rəhmanla görüşüb.

AZpress.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Tərəflər BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı Azərbaycanın BMT-nin fəaliyyətində fəal iştirakı və aktual qlobal çağırışların həllində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanıb.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111