Şahmatçıların Olimpiadası davam edir
Özbəkistanın Səmərqənd şəhərində kişi və qadınlar arasında keçirilən 46-cı Ümümdünya Şahmat Olimpiadası (ÜŞO) davam edir. Dünən ÜŞO-da sayca 5-ci turun oyunları keçirilib. Kişilərdən ibarət Azərbaycan yığması Rumıniya komandası ilə sülh bağlayıb - 2:2. Şahmatçılarımızdan Şəhriyar Məmmədyarovun təqibini məğlub etdiyi, Aydın Süleymanlı ilə Məhəmməd Muradlının rəqiblə sülh bağladığı bu oyunda Rauf Məmmədov məğlub olub.
Qadın millimiz isə 5-ci turu da qələbəylə bitirib. Zəriflərimiz Serbiya komandasını üstələyib - 3:1. Şahmatçılarımızdan Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva rəqiblə xal bölsə də, Günay Məmmədzadə ilə Xanım Balacayeva görüşünü qələbəylə bitirib.
Yeri gəlmişkən, kişi komandamız 5 turdan sonra 8 xalla 138 komanda arasında 12-ci, qadın millimiz isə 10 xalla 149 komanda arasında 4-cü yerdə qərarlaşıb.
Bu gün keçirilən 6-cı tur çərçivəsində kişi komandamız Argentina, qadın millimiz isə Qazaxıstanla qarşılaşacaq.
Qeyd edək ki, isveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan ÜŞO-na sentyabrın 27-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



