Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot
2016-cı ildən etibarən Azərbaycanda keçirilən Formula 1 Qran-Prisi F1 pilotları və azarkeşləri üçün həyəcan dolu anlar bəxş edib. Bu illər ərzində Azərbaycan Qran-Prisinin tarixinə adını yazdıran pilotların hər birinin Bakı ilə bağlı öz hekayəsi formalaşıb.
İlk yarışın qalibi Niko Rosberq, Bakıda iki dəfə zəfər qazanan Maks Ferstappen, yeddiqat dünya çempionu Lyuis Hemilton, poul rekordçusu Şarl Lekler və beş podiumla seçilən Serxio Peres bu tarixdə xüsusi iz qoyan pilotlar sırasındadır.
Azərbaycan Qran-Prisinin 10-cu yarışı ərəfəsində bu beş pilotun Bakı Şəhər Halqasındakı ən yaddaqalan anlarına və nəticələrinə nəzər salırıq.
Niko Rosberq — Bakıda ilk Formula 1 qalibi
Formula 1 üzrə dünya çempionu Niko Rosberq Azərbaycan Qran-Prisinin tarixində xüsusi yerə sahibdir. 2016-cı ildə paytaxtımızda keçirilən ilk Formula 1 yarışının qalibi məhz almaniyalı pilot olub. Rosberq həmin həftəsonu poulu qazanıb, yarışın bütün dövrələrində lider olub, ən sürətli dövrəyə imza atıb və finiş xəttini birinci keçərək karyerasında ikinci dəfə “Böyük Dəbilqə”yə sahib çıxıb.
Niko Rosberq Formula 1-də debütünü 2006-cı ildə Bəhreyn Qran-Prisində edib. 2006–2009-cu illərdə “Williams”, 2010–2016-cı illərdə isə “Mercedes” komandasının heyətində çıxış edib. Niko həmçinin 1982-ci ildə Formula 1 üzrə dünya çempionu olmuş Keke Rosberqin oğludur.
Bakıda qazandığı tarixi qələbənin ardından Rosberq 2016-cı il mövsümünün sonunda Əbu-Dabi Qran-Prisində ikinci yeri tutaraq Lyuis Hemiltonu ümumi hesabda cəmi 5 xal qabaqlayıb və karyerasında ilk dəfə Formula 1 üzrə dünya çempionu olub. Çempionluğunu rəsmiləşdirdikdən cəmi beş gün sonra isə Rosberq gözlənilmədən Formula 1 karyerasını başa vurduğunu açıqlayıb.
Maks Ferstappen — Bakı ilə çətin başlayan hekayə
Dördqat Formula 1 dünya çempionu Maks Ferstappen Bakıda ilk qələbəsini yalnız altıncı cəhdində qazanıb. 2016-cı ildən Bakı Şəhər Halqasında yarışan niderlandlı pilot ilk dəfə 2022-ci ildə finiş xəttini birinci keçib. 2025-ci ildə isə Ferstappen Bakıda ikinci qələbəsini qazanaraq poula, ən sürətli dövrəyə və bütün dövrələrdə liderliyə imza atıb və “Böyük Dəbilqə”yə sahib çıxıb.
Ferstappenin Bakıdakı çıxışları dramatik anlarla da yadda qalıb. 2018-ci ildə “Red Bull”dakı komanda yoldaşı Daniel Rikkardo ilə toqquşma nəticəsində hər iki pilot mübarizəni dayandırıb. 2021-ci ildə isə Ferstappen yarışa liderlik etdiyi vaxt finişə cəmi bir neçə dövrə qalmış təkərinin partlaması nəticəsində qələbə şansını itirib və yarışı başa vura bilməyib.
Ferstappen Formula 1-də debütünü 2015-ci ildə Avstraliya Qran-Prisində edib. 2016-cı ildə isə 18 yaşında İspaniya Qran-Prisini qazanaraq Formula 1 tarixinin ən gənc yarış qalibi olub.
Lyuis Hemilton — Bakı küçələrində qələbə və dram
Formula 1 üzrə yeddiqat dünya çempionu Lyuis Hemilton doqquz Bakı yarışında cəmi bir dəfə qələbə qazanıb. Halbuki britaniyalı pilot buna hələ 2017-ci ildə çox yaxın idi: pouldan başlayan Hemilton yarışa liderlik edirdi və qələbəyə doğru gedirdi. Lakin bolidində yaranan texniki problem onu pitə yollanmağa məcbur etdi və mümkün qələbədən məhrum etdi. Bir il sonra Hemilton Bakıda revanş götürərək Azərbaycan Qran-Prisinin qalibi olub, 2019-cu ildə isə ikinci yeri tutaraq yenidən podiuma yüksəlib.
Hemilton Formula 1-də debütünü 2007-ci ildə edib və ilk mövsümündə çempionluğu cəmi bir xal fərqlə əldən verib. Karyerası ərzində yeddi dünya çempionluğu qazanıb.
Hemiltonun məşhur 44 nömrəsinin tarixi kartinq illərinə gedib çıxır. O, səkkiz yaşında yarışmağa başlayarkən atasının avtomobilinin qeydiyyat nişanındakı “44” rəqəmini seçib və sonradan bu nömrəni Formula 1-də də qoruyub.
İndi isə Bakıda onun üçün yeni səhifə açılır. Görəsən, Lyuis Hemilton “Ferrari” ilə Bakı küçələrində yenidən fərqlənə biləcəkmi?
Şarl Lekler — Azərbaycan Qran-Prisinin poul rekorduçusu
Şarl Lekler Bakı Şəhər Halqasının əsl poul ustasıdır. “Ferrari” pilotu 2021, 2022, 2023 və 2024-cü illərdə ardıcıl dörd dəfə Azərbaycan Qran-Prisində poulu qazanıb — Bakı tarixində heç bir pilot bunu bacarmayıb. Bununla belə, Lekler Bakıda hələ qələbə qazana bilməyib. Onun ən yaxşı nəticəsi 2024-cü ildə tutduğu ikinci yer olub.
Lekler Formula 1-də debüt etdiyi 2018-ci ildə “Sauber”lə Bakıda 6-cı yeri tutub. 2019-cu ildə artıq “Ferrari”nin heyətində 1:43.009 nəticə ilə yarışın ən sürətli dövrəsinə imza atıb. Bu nəticə bu günədək Bakı Şəhər Halqasının rəsmi dövrə rekordu olaraq qalır.
2026-cı ildə isə əsas sual dəyişməz qalır: Şarl Lekler Bakıda poullar seriyasını nəhayət qələbə ilə tamamlaya biləcəkmi?
Serxio Peres — “Bakı trekinin kralı”
Formula 1-də “Çeko” kimi tanınan Serxio Peresin Azərbaycan Qran-Prisi ilə xüsusi münasibəti var. Meksikalı pilot Bakıda 2021 və 2023-cü illərdə qalib gəlib, ümumilikdə isə beş dəfə podiuma yüksəlib. Peres Bakı Şəhər Halqasında beş podium qazanan yeganə pilotdur və məhz bu nəticələr ona qeyri rəsmi “Bakı trekinin kralı” adını qazandırıb.
Peres Formula 1-də 2011-ci ildə “Sauber”lə debüt edib. Karyerası ərzində qazandığı 6 qələbənin ikisinə məhz Bakıda imza atıb. Azərbaycan Qran-Prisi onun Formula 1-də birdən çox dəfə qalib gəldiyi yeganə yarışdır.
2026-cı ildə isə “Çeko” Bakıya tamamilə fərqli statusda qayıdır. Birillik fasilədən sonra Formula 1-ə dönən Peres bu dəfə yeni “Cadillac” komandasının bolidinin sükanı arxasında sevimli treklərindən birində mübarizə aparacaq. “Bakı trekinin kralı” yeni komandası ilə yenidən sürpriz edə biləcəkmi?
10 illik yubiley yarışı
Azərbaycan Qran-Prisinin 10 illik tarixi ərzində Bakı Şəhər Halqası Formula 1-in ən tanınmış pilotların qalibiyyətlərinə və maraqlı hadisələrə səhnə olub. Rosberqin ilk qələbəsindən Hamiltonun podiumlarına, Peresin Bakıdakı uğurlarından Leklerin rekordlarına və Ferstappenin iki qələbəsinə qədər hər bir pilot yarışın tarixində fərqli iz qoyub.
2026-cı ildə keçiriləcək 10-cu yubiley Qran-Prisi isə bu tarixə yeni səhifə əlavə edəcək. Bakı Şəhər Halqasında daha bir Formula 1 həftəsonu qarşıdadır və növbəti yaddaqalan nəticənin, qələbənin və ya rekordun kimə məxsus olacağını yarış göstərəcək.
* * *
* * *
RU:
Победы, рекорды и незабываемые моменты: 5 пилотов, оставивших след в истории Гран-при Азербайджана
С 2016 года Гран-при Азербайджана по Формуле 1 дарит пилотам F1 и болельщикам немало захватывающих моментов. За эти годы у каждого из гонщиков, вписавших своё имя в историю Гран-при Азербайджана, сложилась своя история, связанная с Баку.
Победитель первой гонки Нико Росберг, Макс Ферстаппен, дважды побеждавший в Баку, семикратный чемпион мира Льюис Хэмилтон, рекордсмен по количеству поул-позиций Шарль Леклер и Серхио Перес, пять раз поднимавшийся на подиум, в числе пилотов, оставивших особенно заметный след в истории этой гонки.
В преддверии 10-го Гран-при Азербайджана вспомним самые яркие моменты и результаты этих пяти пилотов на Бакинской городской трассе.
Нико Росберг — первый победитель Формулы 1 в Баку
Чемпион мира Формулы 1 Нико Росберг занимает особое место в истории Гран-при Азербайджана. Именно этот немецкий пилот стал победителем первой гонки Формулы 1, состоявшейся в нашей столице в 2016 году. В тот уик-энд Росберг завоевал поул-позицию, лидировал на протяжении всей гонки, показал лучшее время круга и первым пересёк финишную черту, во второй раз в карьере оформив «Большой шлем».
Нико Росберг дебютировал в Формуле 1 в 2006 году на Гран-при Бахрейна. С 2006 по 2009 год он выступал за «Williams», а с 2010 по 2016 год за «Mercedes». Нико также является сыном Кеке Росберга, чемпиона мира Формулы 1 1982 года.
После исторической победы в Баку Росберг завершил сезон 2016 года вторым местом на Гран-при Абу-Даби, опередив Льюиса Хэмилтона в общем зачёте всего на 5 очков и впервые в карьере став чемпионом мира Формулы 1. Всего через пять дней после завоевания чемпионского титула Росберг неожиданно объявил о завершении карьеры в Формуле 1.
Макс Ферстаппен — непростой путь к успеху в Баку
Четырёхкратный чемпион мира Формулы 1 Макс Ферстаппен одержал свою первую победу в Баку лишь с шестой попытки. Нидерландский пилот, выступающий на Бакинской городской трассе с 2016 года, впервые финишировал здесь первым в 2022 году. В 2025 году Ферстаппен одержал в Баку вторую победу, завоевав поул-позицию, показав лучший круг и лидируя на протяжении всей гонки, тем самым оформив «Большой шлем».
Выступления Ферстаппена в Баку запомнились и драматичными моментами. В 2018 году после столкновения с напарником по «Red Bull» Даниэлем Риккардо оба пилота были вынуждены прекратить борьбу. В 2021 году Ферстаппен, лидировавший в гонке, потерял шанс на победу всего за несколько кругов до финиша из-за прокола шины и не смог завершить гонку.
Ферстаппен дебютировал в Формуле 1 в 2015 году на Гран-при Австралии. Уже в 2016 году, в возрасте 18 лет, он выиграл Гран-при Испании, став самым молодым победителем гонки в истории Формулы 1.
Льюис Хэмилтон — победа и драма на улицах Баку
Семикратный чемпион мира Формулы 1 Льюис Хэмилтон одержал лишь одну победу в девяти гонках в Баку. Хотя ещё в 2017 году британец был очень близок к успеху: стартовав с поул-позиции, Хэмилтон лидировал и уверенно двигался к победе. Однако техническая проблема с его болидом вынудила его отправиться на пит-лейн, лишив возможной победы. Год спустя Хэмилтон всё же добился победы в Баку, став победителем Гран-при Азербайджана, а в 2019 году занял второе место и вновь поднялся на подиум.
Хэмилтон дебютировал в Формуле 1 в 2007 году и уже в своём первом сезоне уступил чемпионский титул всего на одно очко. За свою карьеру он завоевал семь чемпионских титулов.
История знаменитого номера 44 Хэмилтона берёт начало ещё в его картинговые годы. Когда в возрасте восьми лет он начал участвовать в гонках, то выбрал число «44», увидев его на регистрационном номере автомобиля своего отца. Впоследствии он сохранил этот номер и в Формуле 1.
Теперь же в Баку для него открывается новая страница. Сможет ли Льюис Хэмилтон вновь проявить себя на улицах Баку за рулём «Ferrari»?
Шарль Леклер — рекордсмен Гран-при Азербайджана по количеству поулов
Шарль Леклер — настоящий мастер поул-позиций на Бакинской городской трассе. Пилот «Ferrari» четыре года подряд — в 2021, 2022, 2023 и 2024 годах — завоёвывал поул на Гран-при Азербайджана. Ни одному другому пилоту в истории Баку не удавалось повторить это достижение. При этом Леклер пока не смог одержать победу в Баку. Его лучший результат — второе место в 2024 году.
В 2018 году, когда Леклер дебютировал в Формуле 1, он занял 6-е место в Баку за рулём «Sauber». В 2019 году, уже в составе «Ferrari», он показал лучшее время круга — 1:43.009. Этот результат по сей день остаётся официальным рекордом круга Бакинской городской трассы.
В 2026 году главный вопрос остаётся прежним: сможет ли Шарль Леклер наконец завершить свою серию поулов в Баку победой?
Серхио Перес — «король Бакинской трассы»
Серхио Перес, известный в Формуле 1 как «Чеко», связывает с Гран-при Азербайджана особая история. Мексиканский пилот побеждал в Баку в 2021 и 2023 годах и пять раз поднимался на подиум. Перес — единственный пилот, завоевавший пять подиумов на Бакинской городской трассе, и именно эти результаты принесли ему неофициальное звание «короля Бакинской трассы».
Перес дебютировал в Формуле 1 в 2011 году в составе «Sauber». За свою карьеру он одержал 6 побед, две из которых пришлись именно на Баку. Гран-при Азербайджана это единственная гонка в Формуле 1, где он побеждал более одного раза.
В 2026 году «Чеко» возвращается в Баку уже в совершенно новом статусе. После годичного перерыва Перес возвращается в Формулу 1 и на этот раз будет бороться на одной из своих любимых трасс за рулём болида новой команды «Cadillac». Сможет ли «король Бакинской трассы» вновь удивить всех вместе со своей новой командой?
Юбилейная гонка — 10 лет
За 10 лет истории Гран-при Азербайджана Бакинская городская трасса стала ареной побед самых известных пилотов Формулы 1 и ярких событий. От первой победы Росберга и подиумов Хэмилтона до успехов Переса в Баку, рекордов Леклера и двух побед Ферстаппена — каждый из этих пилотов оставил свой след в истории гонки.
10-й юбилейный Гран-при, который состоится в 2026 году, добавит новую страницу в эту историю. На Бакинской городской трассе нас ждёт ещё один уик-энд Формулы 1, а гонка покажет, кому достанется следующий запоминающийся результат, победа или рекорд.
* * *
* * *
ENG:
Victories, Records and Unforgettable Moments: 5 Drivers Who Left Their Mark on the History of the Azerbaijan Grand Prix
Since 2016, the Formula 1 Azerbaijan Grand Prix has delivered thrilling moments for F1 drivers and fans alike. Over the years, each of the drivers who have written their names into the history of the Azerbaijan Grand Prix has developed their own story with Baku.
Nico Rosberg, winner of the inaugural race, Max Verstappen, a two-time winner in Baku, seven-time world champion Lewis Hamilton, pole record-holder Charles Leclerc and Sergio Perez, who has claimed five podium finishes, are among the drivers who have left a special mark on this history.
As the Azerbaijan Grand Prix prepares for its 10th running, we take a look back at the most memorable moments and results of these five drivers at the Baku City Circuit.
Nico Rosberg — Formula 1’s first winner in Baku
Formula 1 world champion Nico Rosberg holds a special place in the history of the Azerbaijan Grand Prix. The German driver was the winner of the first Formula 1 race held in our capital in 2016. That weekend, Rosberg claimed pole position, led every lap of the race, set the fastest lap and crossed the finish line first to secure the “Grand Slam” for the second time in his career.
Nico Rosberg made his Formula 1 debut at the 2006 Bahrain Grand Prix. He raced for “Williams” from 2006 to 2009 and for “Mercedes” from 2010 to 2016. Nico is also the son of Keke Rosberg, the 1982 Formula 1 world champion.
Following his historic victory in Baku, Rosberg finished second at the Abu Dhabi Grand Prix at the end of the 2016 season, edging Lewis Hamilton by just 5 points in the overall standings to become Formula 1 world champion for the first time in his career. Just five days after securing the championship, Rosberg unexpectedly announced his retirement from Formula 1.
Max Verstappen — A story that began with a challenge in Baku
Four-time Formula 1 world champion Max Verstappen claimed his first victory in Baku only on his sixth attempt. The Dutch driver, who has raced at the Baku City Circuit since 2016, crossed the finish line first for the first time in 2022. In 2025, Verstappen claimed his second victory in Baku, securing pole position, setting the fastest lap and leading every lap of the race to complete the “Grand Slam”.
Verstappen’s appearances in Baku have also been marked by dramatic moments. In 2018, a collision with his “Red Bull” teammate Daniel Ricciardo brought both drivers’ races to an end. In 2021, Verstappen was leading the race when a tyre failure just a few laps from the finish cost him his chance of victory and prevented him from finishing the race.
Verstappen made his Formula 1 debut at the 2015 Australian Grand Prix. In 2016, at the age of 18, he won the Spanish Grand Prix, becoming the youngest race winner in Formula 1 history.
Lewis Hamilton — Victory and drama on the streets of Baku
Seven-time Formula 1 world champion Lewis Hamilton has claimed just one victory in nine races in Baku. Yet the British driver came very close to doing so as early as 2017: starting from pole, Hamilton was leading the race and heading towards victory. However, a technical problem with his car forced him into the pits and cost him a potential win. A year later, Hamilton secured his revenge in Baku by winning the Azerbaijan Grand Prix, while in 2019 he finished second to return to the podium.
Hamilton made his Formula 1 debut in 2007 and missed out on the championship by just one point in his first season. He has won seven world championships during his career.
The history of Hamilton’s famous number 44 dates back to his karting years. When he started racing at the age of eight, he chose the number “44” from the registration plate of his father’s car and later kept the number in Formula 1.
Now, a new chapter awaits him in Baku. Can Lewis Hamilton make his mark once again on the streets of Baku with “Ferrari”?
Charles Leclerc — The Azerbaijan Grand Prix’s pole record-holder
Charles Leclerc is the true master of pole position at the Baku City Circuit. The “Ferrari” driver claimed pole position at the Azerbaijan Grand Prix four consecutive times in 2021, 2022, 2023 and 2024 — a feat no other driver has achieved in Baku. However, Leclerc is yet to win in Baku. His best result came in 2024, when he finished second.
Leclerc finished sixth in Baku with “Sauber” in 2018, the year he made his Formula 1 debut. In 2019, already racing for “Ferrari”, he set the fastest lap of the race with a time of 1:43.009. That time remains the official lap record of the Baku City Circuit to this day.
In 2026, however, the main question remains unchanged: can Charles Leclerc finally complete his run of poles in Baku with a victory?
Sergio Perez — “The King of the Baku Circuit”
Sergio Perez, known as “Checo” in Formula 1, has a special relationship with the Azerbaijan Grand Prix. The Mexican driver won in Baku in 2021 and 2023 and has claimed a total of five podium finishes. Perez is the only driver to have secured five podiums at the Baku City Circuit, and these results have earned him the unofficial title of the “King of the Baku Circuit”.
Perez made his Formula 1 debut with “Sauber” in 2011. Of the six victories he has claimed throughout his career, two have come in Baku. The Azerbaijan Grand Prix is the only race in Formula 1 where he has won more than once.
In 2026, however, “Checo” returns to Baku with a completely different status. Returning to Formula 1 after a one-year break, Perez will this time compete behind the wheel of the new “Cadillac” team’s car at one of his favourite circuits. Can the “King of the Baku Circuit” produce another surprise with his new team?
The 10th Anniversary Race
Throughout the 10-year history of the Azerbaijan Grand Prix, the Baku City Circuit has hosted victories by some of Formula 1’s most renowned drivers and witnessed a host of memorable events. From Rosberg’s maiden victory and Hamilton’s podium finishes to Perez’s success in Baku, Leclerc’s records and Verstappen’s two victories, each driver has left a distinct mark on the history of the race.
The 10th anniversary Grand Prix, taking place in 2026, will add a new chapter to this history. Another Formula 1 weekend awaits at the Baku City Circuit, and the race will reveal who will claim the next memorable result, victory or record.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



