Gənc boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
15-19 sentyabr günlərində Qazaxıstanın Aktau şəhərində 23 yaşlı (U-23) boksçular arasında sayca 8-ci olan ənənəvi beynəlxalq turnir keçirilib.
ABF-dan verilən məlumata görə, məşqçi Elbrus Rzayevin rəhbərliyi altında bəlli turnirə qatılan 7 boksçumuzdan üçü inamla göyüşərək mükafatçılar sırasında yer alıb. Medallardan biri gümüş, ikisi isə bürünc əyarlı olub. Gümüş medal yalnız həlledici finalda büdrəyən Bilalhəbaşi Nəzərovun (50 kq), bürünclər isə çıxışı çıxışını üçüncü yerdə bitirən Zidan Hünbətovla (55 kq) Əli Abdullayevin (65 kq) aktivinə yazılıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



