Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

DÇ-da iştirak edəcək cüdo üzrə yığmalarımızın heyəti müəyyənləşib 

4-11 oktyabr günlərində Bakıda böyüklər (kişi və qadınlar) arasında cüdo üzrə dünya çempionatı keçiriləcək. Çempionatın başlanmasına iki həftədən bir qədər çox qalmasına baxmayaraq, artıq hər iki yığmamızın (kişi və qadın) heyəti müəyyənləşib. ACF-dən verilən məlumata görə, mundiala ev sahibliyi edən Azərbaycan yarışa 12 çəkidə 23 (17 kişi, 6 qadın) cüdoçu ilə qatılacaq. 

Qeyd edək ki, baş məşqçisi Riçard Trautman, böyük məşqçiləri Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçuk və Slavko Tekiç olan kişi komandamızın heyətinə Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev, Turan Bayramov, Nizami İmranov (hamısı 66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli, Vüsal Qələndərzadə (hamısı 81 kq), Murad Fətiyev, Elcan Hacıyev, Süleyman Şükürov (hamısı 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokuari, Kənan Nəsibov və Camal Qamzatxanov (hamısı +100 kq) cəlb edilib.

Qadın millimizin baş məşqçisi Amina Abdellaitfova və böyük məşqçisi Saşa Herkenart-Vimar isə mundiala qatılacaq yığmanın heyətinə Şəfəq Həmidova, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Xədicə Qədəşova (57 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinovanı (+70 kq) cəlb edib. 

Yerı gəlmişkən, 4-10 oktyabr günlərində mundialda fərdi, 11 oktyabrda isə qarışıq komanda yarışlararı keçiriləcək. Mundial Bakıdakı Milli Gimnastika Arenasında təşkil ediləcək.

İNTİQAM Məmmədov

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111