Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Geopolitika, Media və Birlik:

Türk Dünyası Bakıda

+FOTO=68

Türk dünyası əsrlər boyu zəngin mədəniyyəti, ortaq dili və dərin tarixi kökləri ilə böyük bir coğrafiyanı əhatə etmişdir. Müasir dövrdə bu coğrafiya daxilində qurulan dialoqlar yalnız keçmişə əsaslanan bir bağlılıq deyil, həm də gələcəyə yönəlmiş straji tərəfdaşlıq və ortaq vizyonun təməl daşıdır. Türk Dövlətləri Təşkilatı (TDT) kimi platformalar vasitəsilə inkişaf edən bu dialoqlar regionun siyasi, iqtisadi və mədəni potensialını birləşdirməyə xidmət edir.

 

Türk dünyası dialoqları sadəcə tarixi dostluq ifadəsi deyil, regional güc mərkəzinə çevrilmək üçün hazırlanmış aydın bir fəaliyyət planıdır. "Birlikdə daha güclü" prinsipləri əsasında formallaşan bu ortaq vizyon, XXI əsrdə Türk dövlətlərinin qlobal səhnədə öz layiqli yerini tutmasını təmin edir.

 

Ötən gün Bakıda Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” paneli keçirilib.

 

Türkiyə Respublikası Prezident Administrasiyasının İletişim İdarəsinin sədr müavini Prof. Dr. Ferhat Pirinççi Bakıda keçirilən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panelində fəal iştirak edərək çıxış etmişdir. O, öz çıxışında Türk dövlətləri arasında strateji kommunikasiyanın, vahid media şəbəkəsinin qurulmasının və dezinformasiyaya karşı birgə mübarizənin vacibliyini xüsusi vurğulamışdır. Prof. Dr. Ferhat Pirinççi, həmçinin Türk dünyasının qlobal miqyasda daha güclü pozisiya tutması üçün ortaq vizyon əsasında inteqrasiya proseslərinin sürətləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.

 

Tədbirin əsas mahiyyəti Türk dövlətləri arasında mövcud olan tarixi, mədəni və dil birliyini müasir dövrün tələblərinə uyğun olaraq institusional gücə çevirməkdir. Astana görüşündən sonra Bakıda davam etdirilən bu dialoqlar göstərir ki, tərəfdaşlıq yalnız rəsmi bəyanatlarla məhdudlaşmır; təhsil, iqtisadiyyat, nəqliyyat-logistika, enerji, müdafiə sənayesi və rəqəmsal texnologiyalar kimi strateji sahələri əhatə edən konkret fəaliyyət mexanizminə çevrilir.

 

Xüsusilə informasiya əsrində media və kommunikasiya sahəsində birgə addımların atılması müstəsna əhəmiyyət kəsb edir. Qlobal dezinformasiya hücumlarının artdığı bir dövrdə Türk dünyasının vahid media strategiyasına sahib olması, dezinformasiya ilə birgə mübarizə aparması və öz həqiqətlərini beynəlxalq aləmə vahid dildə çatdırması milli təhlükəsizlik məsələsidir.

 

Bu tədbir Türk dövlətləri arasında inteqrasiya proseslərini sürətləndirmək və ortaq gələcək vizyonunu konkret fəaliyyət planları ilə dəstəkləmək məqsədi daşıyır.

Fotolar: S.Rasim

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111