Hər iki komandamız Olimpiadaya qələbəylə başlayıb
Bu gün Özbəkistanın Səmərqənd şəhərində kişi və qadın şahmatçılar arasında sayca 46-cı olan Ümümdünya Şahmat Olimpiadasına start verilib. İsveçrə sistemi üzrə keçirilməklə 11 tutdan ibarət olan turnirdə Azərbaycan da daxil olmaqla 208 ölkəni təmsil edən 1032 zəka sahibi mübarizəyə qatılıb. AŞF -dən verilən məlumata görə Olimpiadanın ilk turu Azərbaycan komandaları üçün uğurlu olub. Belə ki, Rauf Məmmədov, Eltac Səfərli, Məhəmməd Muradlı və Aydın Süleymanlıdan ibarət heyətlə ilk tura çıxan kişi komandamız Mərakeş yığmasını, ilk oyuna Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət heyətlə çıxan qadın millimiz isə Qvatemalanı 4:0 hesabla məğlub edib. Startda kişi millimizdən Şəhriyar Məmmədyarov, qadınlardan isə Ülviyyə Fətəliyeva oyunu kənardan izləyib.
Olimpiadaya sentyabrın 27-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



