Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” paneli keçirilib

Sentyabrın 15-də Bakıda Türkiyə Prezident Administrasiyasinin Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclası keçirilib.

AZpress.AZ xəbər verir ki, tədbirdə Türkiyədən gəlmiş rəsmi şəxslər, diplomatlar, Milli Məclis üzvləri, ekspertlər, media nümayəndələri iştirak edib.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi çıxışında deyib ki, TDT artıq regional və qlobal miqyasda mühüm bir aktora çevrilmək yolundadır. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə artıq "bir millət, iki dövlət" ifadəsini aşaraq Azərbaycanın ikinci vətən olmadığını göstərir.

"Bura gəldiyimiz zaman Türkiyənin hər hansı bir şəhərindəymiş kimi və ya Ankaradaymış kimi hiss edirik", - o vurğulayıb.

Pirinççi qeyd edib ki, Türk dünyasının mühüm mərkəzlərindən biri olan Bakıda "Türk dünyası dialoqları: ortaq gələcək, ortaq vizyon" mövzusunda panel reallaşdırmaq xüsusilə əhəmiyyətlidir.

"Əslində, bu panel silsiləsi Qazaxıstanda başlayıb Bakıda davam edən və bundan sonra digər Türk Dövlətləri Təşkilatı üzvlərində də davam edəcək bir layihədir. Panel silsiləsinin əsas məqsədi həm dialoqu gücləndirmək, həm də 29-30 oktyabr tarixlərində Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatı Sammiti ərəfəsində gözəl bir bünövrənin formalaşmasını təmin etməkdir", - o deyib.

Tədbirin keçirilməsinin məqsədi Türk Dövlətləri Təşkilatının regional və qlobal gücünü artırmaq, türk dünyasının ortaq vizyonunu daha geniş auditoriyaya çatdırmaq və üzv dövlətlər arasında akademik, mədəni, iqtisadi və sosial qarşılıqlı əlaqəni gücləndirmək məqsədi daşıyır. 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111