Gənc boksçularımız Qazaxıstanda rinqə çıxacaqlar
15-19 sentyabr günlərində Qazaxıstanın paytaxtı Aktauda 23 yaşlı (U-23) boksçular arasında beynəlxalq turnir keçiriləcək. Beş gün davam edəcək bu turnirdə Azərbaycan təmsilçiləri də iştirak edəcəklər.
ABF-dən verilən məlumata görə ölkəmiz sözügedən turnirdə məşqçi Elbrus Rzayevin rəhbərliyi altında Bilalhəbaşı Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev, Ruslan Rüstəmov (hər ikisi 65 kq), Vaqif Hacıyev (70 kq,) və Abbasqulu Şadlinskidən (75 kq) ibarət heyətlə təmsil olunacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



