Cüdoçumuz Rəşid Məmmədəliyev Macarıstanda qızıl medal qazanıb
Sentyabrln 11-də Macarıstanln paytaxtı Budapeştdə kişi və qadın cüdoçular arasında startı verilən və Azərbaycan təmsilçilərinin də qatıldığı reytinq xarakterli "Böyük Dəbilqə" turniri davam edir. Turnirin ikinci günü biri qadın olmaqla, daha 4 cüdoçumuz tatami üzərinə çıxaraq medallar uğrunda mübarizə aparıb. Kişilər 73 və 81, qadın təmsilçimiz isə 70 kq çəkidə tatamiyə çıxıb.
Dördlüyümüzdən yalnız biri - 73 kq çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev daha inamla güləşərək Azərbaycan yığmasının aktivinə qızıl əyarlı ilk medal yazdırıb. O, həlledici finalda İsveç təmsilçisi Narek Vardanyanı məğlub edib. Cüdoçumuz qızıl medal qazanmaqla yanaşı, həm də aktivinə 1000 reytinq xalı yazdırıb. Bu İJF-nın növbəti reytinq cədvəlində öz əksini tapacaq.
Yeri gəlmişkən, ikinci gün tatamiyə çıxacağı gözlənilən Hidayət Heydərov (81 kq) son anda zədələndiyi üçün tatamiyə çıxa bilməyib.
Xatırladaq ki, sözügedən turnir 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



