Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

5 cüdoçumuz bu gün tatamiyə çıxacaq

Bu gün Macarıstanın paytaxtı Budapeştdə kişi və qadın cüdoçular arasında Olimpiada-2028-ə (Los-Anceles) lisenziya xalları verən "Böyük Dəbilqə" turnirinə start veriləcək. Azərbaycan təmsilçilərinin də qatıldığı bu turnirin ilk günü biri qadın olmaqla 5 cüdoçumuz tatami üzərinə çıxaraq medallar uğrunda mübarizəyə qatılacaq. Qadınlardan Könül Əliyeva (48 kq),  kişilərdən isə Babarəhim Mirzəyev, Murad Muradlı (hər ikisi 60 kq),Rəşad Yelkiyev və Nizami İmranov (hər ikisi 66 kq) tatamiyə çıxacaq. Mirzəyev 1/32, qalanları isə 1/16 finaldan mübarizə başlayacaq. 

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111