Burun və beyin arasında sinir yolu aşkar edilib
Alimlər burundan müntəzəm və yavaş nəfəs almağın narahatlığının azaldığını göstərən burun-beyinə birbaşa gedən sinir yolunu müəyyən ediblər.
ABŞ-da aparılan yeni nevrologiya tədqiqatı siçanlar üzərində aparılıb. Məlum olub ki, burun boşluğundakı qoxu təkcə sinir neyronları qoxularını deyil, həm də bura daxil olan hava axınını tənzimləyir. Bu da, beynin emosiya və stress mərkəzi olan amigdalaya (insan və məməli heyvanların beyinlərində, limbik sistemin daxilində yerləşən, badəm formasında kiçik bir sinir düyünü qrupudur) birbaşa siqnallar göndərir.
Aparılan araşdırmalar nəticəsində həm də aydın olub ki, bu sinir yolu iki istiqamətdə işləyir. Yəni, sürətli və dayaz burun nəfəs alması narahatlıq kimi davranışlara səbəb olursa, yavaş və dərin nəfəs alma isə sinir ötürülməsini tarazlaşdırır və sakitliyə səbəb olur.
Tədqiqatların hazırda heyvanlar üzərində aparıldığını qeyd edən alimlər bildiriblər ki, bu sınaq nümunələri zamanla insanlar üzərində də keçiriləcək.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



