Qazaxıstan və Azərbaycan Xəzərdə sərnişin daşımalarına yenidən başlayacaq
Bu barədə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel məlumat verib. Diplomatın sözlərinə görə, Qazaxıstan tərəfi Azərbaycana Kurık limanı – Bakı limanı – Kurık limanı bərə xətti üzrə sərnişin daşımalarının bərpa edilməsini təklif edib. Bu daşımalar 2020-ci ilə qədər həyata keçirilib və COVID-19 pandemiyası ilə əlaqədar dayandırılıb.
AZpress.AZ xəbər verri ki, Alim Bayel, sərnişin daşımalarının dayandırılmasına qədər Xəzər dənizi üzərindən bu marşrutdan ildə təxminən 1500 sərnişin istifadə etdiyini qeyd edib. O, qarşıdakı dövrdə bu marşrutla səyahət etmək istəyənlərin sayının daha çox olacağına əminliyini ifadə edib. Bərə xəttinin yenidən fəaliyyətə başlaması iki ölkə arasında sərnişin əlaqələrinin inkişafına təkan verəcək, turizm mübadiləsini gücləndirəcək və Orta Dəhlizin imkanlarını genişləndirəcək.
Səfir bildirib ki, Azərbaycan tərəfi Qazaxıstanın təklifini dəstəkləyib. Hazırda iki ölkənin nəqliyyat qurumları sərnişin daşımalarının mümkün qədər tez bərpa edilməsi istiqamətində işə başlayıblar.
Bugün Bakı ilə Qazaxıstanın Astana, Almatı, Şımkent, Aktau, Atırau kimi şəhərləri arasında həftədə 37 aviareys həyata keçirilir.
* * *
* * *
RU:
Казахстан и Азербайджан возобновят пассажирские перевозки на Каспии
Об этом сообщил Посол Казахстана в Азербайджане Алим Байель. По словам дипломата казахстанская сторона предложила Азербайджану возобновить пассажирские перевозки на паромной линии порт Курык – порт Баку – порт Курык. Данные перевозки действовали до 2020 года и были отменены в связи с пандемией COVID-19.
Алим Байель отметил, что до их остановки пассажирскими перевозками через Каспийское море пользовалось порядка 1500 пассажиров в год. Он выразил уверенность, что в предстоящий период желающих совершить путешествие по этому маршруту будет еще больше. Перезапуск паромной линии придаст импульс развитию пассажирского сообщения между двумя странами, усилит туристический обмен и расширит возможности Среднего коридора.
Посол сообщил, что азербайджанская сторона поддержала предложение Казахстана. В настоящее время транспортные ведомства двух стран начали работу по скорейшему возобновлению пассажирского сообщения.
Сегодня между Баку и такими городами Казахстана как Астана, Алматы, Шымкент, Актау и Атырау действуют 37 авиарейсов.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



