Ukraynanın Baş prokuroru istefa verdi
Ukraynanın Baş prokuroru Ruslan Kravçenko rəsmi olaraq istefa verib.
AZpress.AZ xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat verib.
O, bu addımı siyasi motivli adlandırıb və hüquq-mühafizə orqanlarının diqqətinə çatan korrupsiya sxemlərində şəxsi iştirakını qəti şəkildə inkar edib.
Kravçenko quruma qarşı irəli sürülən ittihamlarla bağlı mövqeyinin dəyişməz qaldığını vurğulayıb.
İstefa Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) tərəfindən başladılan genişmiqyaslı istintaq tədbirləri fonunda baş verib.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



