Kişi cüdo millimiz Bakıda beynəlxalq TMT-yə qatılıb
Cüdo üzrə milli komandalrın Təlim-Məşq Mərkəzində kişi cüdoçuların beynəlxalq toplanışı keçirilir. Toplanışa Azərbaycan millisi ilə yanaşı, Hollandiya, Finlandiya və Qazaxıstan komandaları qatılıb. TMT-də əsas məqsəd tatami ustalarının fiziki və taktiki-texniki hazırlıq səviyyəsinin yüksəldilməsi və eyni zamanda müxtəlif ölkələrin idmançıları ilə randori sessiyaları təşkil etməkdən ibarətdir.
Bu TMT millimiz üçün qarşıdakı yarışlara, əsasən də Macarıstanda təşkil ediləcək "Böyük Dəbilqə" turnirinə və ölkəmizin ev sahibliyi edəcəyi dünya çempionatına hazırlıq xarakteri daşıyır.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



