Qadın güləşçilərimizin Quba toplanışı başlayıb
Sentyabrın 7-də Qubada qadın güləş üzrə böyüklərdən və 23 yaşlı (U-23) qızlardan ibarət millimizin təlim-məşq toplanışına (TMT) start verilib.
AGF-dən verilən məlumata görə, baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında davam edən toplanışa sentyabrın 19-da yekun vurulacaq. Ümumi və fiziki hazırlıq üzrə davam edən TMT-yə Xədicə Qurbanzadə, Nəzrin Əhmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova, Fatimə Bayramova, Esra Məmmədli (hamısı 53 kq), Elnurə Məmmədova, Əsmər Canqurtaran, Gültəkin Şirinova (hamısı 55 kq), Jalə Əliyeva, Qaratel Quliyeva, Səadət Quliyeva (hamısı 57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq), Birgül Soltanova (63 kq) və Zəhra Kərimzadə (72 kq) cəlb edilib.
Bu TMT U-23-lərin 12-18 oktyabr günlərində Los-Ancelesdə (ABŞ), qadınların isə 24 oktyabr - 1 noyabr aralığında Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



