"Neftçi SOKAR" DQS-nın yarımfinalında dayanıb
Çinin Şanxay şəhərində 3x3 basketbolu üzrə keçirilən və Azərbaycan təmsilçisi "Neftçi SOKAR" klubunun da qatıldığı Dünya Qadın Seriyasının həlledici final mərhələsi başa çatıb. Xəbər verdiyimiz kimi bu turnirdə "Neftçi SOKAR" da daxil olmaqla DQS-nın 2026-il mövsümünü ilk səkkizlikdə bitirən komandalar mübarizə aparıb. Turnirin A qrupunda yer alan Azərbaycan təmsilçisi qrup mərhələsində Fransa (17:15) və Almaniya (16:11) millisini udub Hollandiyaya (12:22) uduzsa da adını turnirin 1/4 finalçıları sırasına yazdırıb. Avqustun 6-da keçirilən 1/4-də "Neftçi SOKAR" Monqolustanın "Ulaanbaatar Amazons" (21:18) klubunu məğlub etsə də yarımfinalda yenidən görüşdüyü Frans (113:15) millisi ilə bacarmayıb və mübarizəni bu mərhələdəcə başa vurub. Bir məqamı da qeyd edək ki, basketolçularımızdan biri zədəli olduğundan "Neftçi SOKAR" Fransa millisinə qarşı oyunu 3 oyunçu ilə başa vurmaq məcburiyyətində qalıb. Bu çtışmamazlıq isə oyuna öz təsirini göstərib.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



