Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Voleybol üzrə Avropa çempionatının açılış mərasimi +FOTO=65

Avqustun 21-də Azərbaycanın da ev sahibliyi etdiyi qadın voleybolçular arasında 34-cü Avropa çempionatının açılış mərasimi keçirilib. Milli Gimnastika Arenasında təşkil olunan tədbir bədii proqramla start götürüb. Arenada ilk olaraq yarışa həsr edilmiş 10 dəqiqəlik videoçarx nümayiş olunub. Klipdə çempionatın topu Bakıdan yola çıxır, iştirakçı ölkələri simvolik şəkildə birləşdirir və yenidən ev sahibi şəhərə qayıdır. Filmdə başlayan səyahət arenada real topun meydançaya daxil olması ilə davam edib. Real top meydançaya daxil olarkən videoçarx başa çatıb və bədii proqramın növbəti hissəsi başlayıb. Bu hissədə isə meydana daxil olan real topu repçi Clavis götürərək Azərbaycan dilində “Çempionlar” mahnısını ifa edib. Sonra “3D mapping” vasitəsilə meydançada müxtəlif nömrələr nümayiş olunub. Bədii proqram pianoçuların iştirakçı ölkələrin məşhur musiqilərindən seçilmiş qısa fraqmentləri ifa etməsi ilə davam edib. Musiqi bölümünə Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə yekun vurulub. Sonda “3D mapping” kompozisiyası ilə meydançanın mərkəzində çempionatın rəsmi loqosu formalaşdırılıb, bununla da açılış mərasimi başa çatıb. Daha sonra Bakıda təşkil olunan Avropa çempionatının C qrupunun ilk oyunu başlayıb. Qeyd edək ki, C qrupunun növbəti oyunları avqustun 22-də olacaq. Sabah Milli Gimnastika Arenasında Belçika-İspaniya və Rumıniya-Niderland qarşılaşmaları baş tutacaq. Millimiz Avropa çempionatında ilk oyunda qələbə qazanıb Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb. Bakıda Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun ilk qarşılaşması Azərbaycan və Portuqaliya komandaları arasında olub. Oyuna daha yaxşı başlayan voleybolçularımız ilk setdə qələbə qazanıblar. Gərgin keçən növbəti hissədə isə qonaqlar sevinən tərəf olublar. Bundan sonra təşəbbüsü ələ alan Faiq Qarayevin rəhbərlik etdiyi millimiz ardıcıl iki seti aktivinə yazdırıb. Beləliklə, Avropa çempionatının C qrupunun ilk qarşılaşmasında Azərbaycan yığması qələbə qazanıb. Komandamız bu qələbə ilə aktivinə üç xal yazdırıb. Qeyd edək ki, qrupumuzdakı növbəti oyunlar sabah keçiriləcək. Avqustun 22-də saat 15:30-da Belçika və İspaniya, saat 18:30-da isə Rumıniya və Niderland komandaları meydana çıxacaqlar. Azərbaycan millisi isə növbəti oyununu avqustun 23-də İspaniyaya qarşı keçirəcək. Avropa çempionatı (CEV Trendyol EuroVolley 2026 Women) 21 avqust Azərbaycan – Portuqaliya 3:1 (25:22, 23:25, 27:25, 25:20).

Fotomüxbir Mahir Əhmədov

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111