Əli Baxışov AÇ-da gümüş, Banuçiçək Nəsirli isə bürünc medal qazanıb
Serbiyanın Loznitsa şəhərində 19 yaşlılar (U-19) arasında boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatı başa çatıb. Azərbaycan millisi çempionatı biri gümüş, digəri bürünc əyarlı olmaqla, iki medalla başa vurub. Gümüş medal yalnız həlledici final döyüşündə büdrəyən Əli Baxışovun (60 kq), bürünc medal isə çıxışını üçüncü yerdə bitirən Banuçiçək Nəsirlinin (48 kq) aktivinə yazılıb.
Xatırladaq ki, çempionatda 35 ölkəni təmsil edən 354 boksçu mübarizə aparıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



