Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Günay Qurbanova və Ruzanna Məmmədova DÇ-nın finalında

Slovakiyanın paytaxtı Bratislavada 20 yaşıl (U-20) gənclər arasında idman güləşi üzrə keçirilən dünya çempionatı davam edir. Çempionatın 21 avqusta təsadüf edən 6-cıgünü daha 4 sərbəst güləşçimiz - Mahmud İsmayılzadə (57 kq), Bəşir Verdiyev (65 kq), Elcan İsmayılzadə (79 k) və Hüseyn Maqomedzadə (92 kq) təsnifat görüşləri ilə mübarizəyə qatılıb.

Günün axşam sessiyasında (saat 20:00) isə  medal görüşləri keçiriləcək. Medal görüşlərində iki qadın güləşçimiz - Günay Qurbanova (57 kq) və Ruzanna Məmmədova (59 kq) çempionluq uğrunda son final görüşünə çıxacaq. Günay finalda K.Ono ilə, Ruzanna isə S.Noquiçi (hər ikisi Yaponiya) ilə üzləşəcək.

Xatırladaq ki, hazırda Azərbaycan yığmasının aktivində 5 (1-1-3) medal var. Medalların hamısı yunan-Romacilarin payına düşür.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111