Yeniyetmə cüdoçumuz Fərid Rzazadə dünya çempionu olub
Avqustun 20-də Ekvadorun Quayakil şəhərində yeniyetmə cüdoçular arasında dünya çempionatına start verilib. Çempionatın start günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, start günü tatamiyə çıxan 7 (3 olan və 4 qız) cüdoçumuzdan biri daha inamla güləşərək dünya çempionu adını qazanıb. Söhbət 50 kq çəki dərəcəsində tatamiyə çıxan və bütün görüşlərini qələbə ilə başa vuran Fərid Rzazadədən gedir. Mübarizəyə qatıldığı 1/8 finalda türkiyəli Süleyman Doğrunu, ardından Qazaxıstan təmsilçisi Bekaris Kudayberkeni udaraq yarımfinala yüksələn Fərid burada isə braziliyalı Artur Bonatonu üstələyərək finala çıxıb. O, son həlledici final görüşündə isə Qazaxıstandan olan daha bir cüdoçu - Adiljan Nurbekeni məğlub edib.
Bu gün isə daha üç cüdoçumuz (oğlanlar) tatamiyə çıxaraq medallar uğrunda yarışa qatılacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



