"Qarabağ" səfərdə "Tvente"ni məğlub edib
Dünən futbol üzrə UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələnın ilk oyunları keçirilib. Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" klubu həmin gün Hollandiyada yerli "Tvente" klubunun qonağı olub. Ensxede şəhərindəki "De Qorils Beste" stadionunda baş tutan və albaniyalı referi Yucin Coyanın idarə etdiyi həmin oyun "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1. Matçın taleyini həll edən yeganə qolun müəllifi 52-ci dəqiqədə "Köhlən atlar"ın braziliyalı legioneri Kadi Borqes olub.
Cavab matçı avqustun 27-də Bakıdakı Tofiq Bəhramov adına respublika stadionunda olacaq.
Turnirin əsas qrup mərhələsinə yüksəlmək üçün "Qarabağ"a cavab matçında heç-heçə də bəs edir.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



