Bakıda böyüklər arasında
Qazaq Kuresi XII
Dünya Çempionatı keçiriləcəkn(FOTO=9)
Bakıda 22-23 avqust 2026-cı il tarixlərində Qazaxıstanın milli güləşi üzrə ən böyük beynəlxalq platformalardan birində müxtəlif ölkələrin idmançılarını bir araya gətirən böyüklər arasında Qazaq Kuresi üzrə XII Dünya Çempionatı keçiriləcək. Qazaq Kuresi Assosiasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış Bakı İdman Zalında baş tutacaq. İdmançılar 16 çəki dərəcəsində - səkkiz kişi və səkkiz qadın çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaqlar.
Qazaxıstan yığması çempionatda tam heyətlə iştirak edəcək və bütün çəki dərəcələrində təmsil olunacaq. Kişilərin yarışında 55, 60, 66, 74, 82, 90, 100 və 100 kq-dan yuxarı çəki dərəcələrində idmançılar mübarizə aparacaq. Qadınların yarışında 48, 52, 56, 60, 65, 70, 77 və 77 kq-dan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



