Güləşçimiz Ayxan Cavadov üçqat dünya çempionudur
Slovakiyanın paytaxtı Bratislavada 20 yaşıl (U-20) gənclər arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya birinciliyi (DB) davam edir. Birinciliyin 19 avqusta təsadüf edən 4-cü günü çəkisi 60 və 82 kq olan yunan-Romaçıların, eləcə də 50, 53 və 72 kq-da çıxış edən qızların medal görüşləri keçirilib. Həmin gün Azərbaycanın yunan-Roma güləşi üzrə U-20 komandasının aktivinə biri qızıl, digəri bürünc əyarlı olmaqla, daha iki medal yazılıb. Qızıl medal bütün görüşlərini qələbə ilə başa vuran Ayxan Cavadovun (60 kq) payına düşüb. O, həlledici final görüşündə özbəkistanlı rəqibi Dostonbek Oripovu (4:1) üstələyərək ötən il (DÇ-2025) qazandığı çempionluq titulunu özündə saxlamağı bacarıb. Qeyd edək ki, U-20-də ikiqat dünya çempionu adını daşıyan Ayxan 2024-cü ildə isə U-17-də eyni zirvəni fəth edib və eyni sevinci yaşayıb.
Günün bürünc medalını isə 82 kq-da döşək üzərinə çıxan Emin Əliyev qazanıb. O, həlledici kiçik finalda türkiyəli İsmayıl Bərəkətdən (7:1) üstün olub.
Təəssüflər olsun ki, həmin gün bürünc medal uğrunda görüşə çıxan qadın təmsilçimiz Zəhra Kərimzadə (72 kq) rusiyalı Lilian Kazminaya uduzaraq, çıxışını medalın bir addımlığında (5-ci yer) başa vurub.
Yerı gəlmişkən, mundialın öncəki günlərində isə Cavidan Nehmetov (77 kq) gümüş, Emin Cavadlı (55 kq) və Tural Əhmədovsa (63 kq) bürünc medal qazanıb.
Beləliklə, yunan-Roma güləşi üzrə U-20 komandamız DB-2026-nı 5 (1-1-3) medalla başa vurub.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



