Taekvondoçumuz Qaşim Maqomedov Pakistanda üçüncü yeri tutub
Pakistanın Lahor şəhərində böyüklər arasında taekvondo üzrə Asiya Regionu üzrə 8-ci Prezident Kuboku keçirilib. ATF-dən verilən məlumata görə sözügedən turnirdə iştirak edən Azərbaycan yığmasının üzvü Qaşim Maqomedov (63 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb.
İNTİQAM Məmmədov



