Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Voleybolçu Yelizaveta Ruban AÇ-nın başlanmasını səbirsizliklə gözləyir 

Qadın voleybolçular arasında keçiriləcək növbəti Avropa çempionatının startına cəmi 3 gün qalıb. Bu arada Azərbaycan millisinin hücumçusu və aparıcı oyunçularından biri olan Yelizaveta Ruban Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına qarşıdakı çempionatla bağlı açıqlama verib və çempionatın başlanacağı günü səbirsizliklə gözlədiyini bildirib.

"Avropa çempionatının başlanmasını səbirsizliklə gözləyirəm. Artıq çempionata hazırlığın böyük hissəsi geridə qalıb və bu arada bir neçə yoxlama matçlarında özümüzü sınadıq. Yoxlama oyunları zamanı nəzərə çarpan zəif tərəflərimizi bildik və onun üzərində yenidən işlədik. İndi isə gözlədiyimiz yarışın startına sayılı günlər qalıb" - Yelizaveta Ruban belə deyib.

Ölkəmizin Avropa çempionatına ev sahibliyi etməsinin komandamıza əlavə motivasiya verəcəyini vurğulayan Ruban daha sonra belə deyib: "Hər birimiz bu çempionatın bizlər üçün nə qədər vacib və nə qədər əhəmiyyətli olduğunu və eləcə də üzərimizə düşən məsuliyyəti yaxşı dərk edirik. Böyük xoşbəxtlikdir ki, belə bir mötəbərə yarışa Azərbaycan da ev sahibliyi edir. Hər zaman doğma divarlar amili idmançılara əlavə güc verir. Biz bu çempionatda azarkeşlərin, bütün voleybol sevənlərin dəstəyini gözləyirik. Bizə olan etimadı doğrultmaq və növbəti mərhələyə keçmək üçün biz hamılıqla əlimizdən gələni edəcəyik". 

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111