Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız Tçkayevlə Fətiyev İspaniya kubokunun qalibi olub 

Azərbaycanın cüdo üzrə əsas millisi hazırda İspaniyanın Valensiya şəhərində beynəlxalq təlim-məşq toplanışındadır. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, bu arada cüdoçularımız İspaniya Super Kuboku uğrunda keçirilən turnirdə özlərini sınayıblar. Tatami ustalarımızdan ikisi - Zelim Tçkayev (90 kq) və Murad Fətiyev (100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq, öz şəkillərində İspaniya Kubokunun sahibi olub.

Təlim-məşq toplanışına avqustun 22-də yekun vurulacaq.

İNTİQAM Məmmədov