Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi millimiz Türkiyədə bu dəfə üçüncü olub 

Türkiyənin Çatalca bölgəsində çimərlik voleybolu üzrə "Bioderma Pro Beach Tour" beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan da daxil olmaqla, 16 kişi və eyni sayda qadın komandası iştirak edib. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, heyəti İbrahim Məmmədov/Məhəmməd Aslanlı tandemindən ibarət kişi cütlüyümüz yarışda üçüncü yeri tutub. Yeri gəlmişkən, bir neçə gün öncə bu komandamız Türkiyənin Tekirdağ bölgəsində təşkil edilən və FİVB reytinq xalı verən digər turnirin qalibi olmuşdur.

Heyəti Səbinə Əlizadə/Leyla Əliyeva cütlüyündən ibarət olan qadın komandamız isə Çatalcada 5-ci yeri tutub. Bu tandemimiz Tekirdağ bölgəsində təşkil edilən turniri isə dördüncü pillədə bitirmişdi. Xatırladaq ki, hər iki komandamız sözügedən turnirlərdə baş məşqçi Atvars Bilmenin rəhbərliyi altında çıxış edib.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111