Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Neftçi SOKAR" DQS-nın 1/4 finalına yüksəlib 

Avqustun 15-də Bakıdakı "Ses Breeze" istirahət mərkəzində 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələ yarışına start verilib. İki günlük turnirdə Azərbaycan yığma komandası və "Neftçi SOKAR" klubu da daxil olmaqla 16 kollektiv (yığma və klub) mübarizəyə qatılıb. 

Günün ilk yarısında təsnifat oyunları keçirilib. Bu mərhələdə iştirak edən Azərbaycan millisi əvvəlcə Ukraynaya (5:14), ardından isə Misirə (13:21) uduzaraq mübarizəni erkən dayandırıb. Günün ikinci yarısında isə qrup mərhələsinə start verilib. B qrupunda yer alan "Neftçi SOKAR" klubu qrupda keçirdiyi hər iki oyunda qalib gələrək qrup lideri kimi 1/4 finala yüksəlib. Əvvəlcə İspaniyanın "Arrasate Ointxe" (12:10) klubunu, ardından isə Çin təmsilçisi  "Janqjinq"i (21:13) məğlub edib.

"Neftçi SOKAR" avqustun 16-da 1/4 finalda "Madrid"lə (İspaniya) qarşılaşacaq. Həmin gün 1/2 final mərhlənin oyunları və həlledici final matçı da keçiriləcək.

İNTİQAM Məmmədov

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111