Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Jurnalistdən Prezidentə müraciət - zəngin Azərbaycan dövləti vətəndaşına niyə sahib çıxmır?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Rusiya prezidenti Vladimir Putinə rəsmi qaydada-yəni yazılı şəkildə xəbərnamə ilə poçt vasitəsilə müraciət göndərmək istəyirəm.

Mən-Rəhimli Xatirə Əziz qızı, (XATİRƏ ƏZİZ) şair-jurnalist kimi hüquqşünaslara, vəkillərə, ziyalılara, Xalq şairlərinə, Xalq yazıçılarına müracət edirəm.

26 ildir ki, jurnalist olaraq çalışıram.

Dövlətimə, vətənimə bağlı VƏTƏNDAŞam.

Şair-jurnalist kimi cəbhə bölgələrində, sərhəd rayonlarında çox sevdiyim ana vətənimə neçə illər yüksək səviyyədə xidmət etmişəm.

Mənzilim-evim yoxdur. Uzun illər ərzində ailə üzvlərimlə birlikdə 39 dəfə kirayə mənzillərə köçmüşük. Çox-çox çətinliklər yaşamışıq.

Kirayələrdə illərlə əzab-əziyyət içində, zülmlə ömür yaşamaq insanın ürəyini qubar edir.

Hüquqşünasların, vəkillərin hüquqi baxımdan mənə cavab söyləməsini çox xahiş edirəm.

Çünki elə bir çıxılmaz vəziyyətdəyəmki...

Elə hey düşünürəm, çıxış yolu tapa bilmirəm.

Ürək ağrısıyla deyirəm ki, əllərim Azərbaycan məmurlarından və hər yerdən üzülüb daha.

İnanın, çıxış yolu tapmaqda çətinlik çəkirəm.

Nə qədər çalışsam da müsbət nəticə olmur.

Bir daha qeyd edirəm ki, şair-jurnalist kimi Rusiya prezidenti Vladimir Putinə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana rəsmi qaydada-yazılı şəkildə müraciət etmək istəyirəm ki, Prezident İlham Əliyevlə görüşəndə ona desinlər ki, göndərdiyim məktubları, teleqramları, müraciətləri Prezident Administrasiyasında 10 ildir İlham Əliyevdən gizlədirlər.

Əgər bu 10 il ərzində mənzil problemimlə bağlı Prezident Administrasiyasına göndərdiyim müraciətlər, teleqramlar, məktublar Prezident İlham Əliyevə verilsəydi, inanıram ki, dövlət tərəfindən mənzillə təmin edilərdim.

Qələm həmkarlarım və digər dostlar da bu məsələ ilə bağlı öz fikirlərini deyə bilərlər.

Mən, azərbaycanlıyam, zəngin neft-qaz ölkəsi olan Azərbaycan VƏTƏNDAŞıyam axı.

Sual olunur ki, zəngin Azərbaycan dövləti vətəndaşına-ziyalısına niyə sahib çıxmır?

Məgər bir şair-jurnalist xanımı mənzillə təmin etmək milyonlar səltənəti Azərbaycan dövləti üçün buqədərmi çətin, ağır işdir?

XATİRƏ ƏZİZ Rəhimli

Şair-jurnalist

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111