"Qarabağ" əfsanəvi "Dinamo" səddini keçib
Avqustun 13-də futbol üzrə Konfrans Liqasında üçüncü mərhələnin cavab oyunları keçirilib. Bu turnirdə ölkəmizi təmsil edən "Qarabağ" klubu cavab oyunu çərçivəsində Kiyevin (Ukrayna) məşhur "Dinamo"su ilə qarşılaşıb. Tofiq Bəhramov adına respublika stadionunda baş tutan və ingiltərəli referi Styuart Ettuellinin idarə etdiyi həmin görüşdə Qurban Qurbanovun komandası əzmkarlıq nümayiş etdirərək 2:0 hesabla qalib gəlib. Beləliklə də, ilk oyunda minimal hesabla (0:1) məğlub olan "Qarabağ" klubu iki oyunun ümumi nəticəsinə (2:1) görə cütün mərhələ keçən tərəfi olub. Oyunda vurulan qollara gəlincə, matçın 12-ci dəqiqəsində "Qarabağ"in yeni transferi Cali Muaddib hesabı açıb - 1:0. Komandalar bu hesabla fasiləyə yollanıblar. Fasilədən sonra dinamoçular bir qədər gəallaşsalar da, ağdamlıların qapısına yol tapa bilməyiblər. Əksinə, qarşılaşmanın 69-cu dəqiqəsində "Qarabağ"ın fəallarından biri ola Aleksey Kaşuk səhnəyə çıxıb və həmyerlilərinin qapısına qol vurmaqla hesabı 2:0-a çatdırıb.
Artıq "Qarabağ"ın növbəti mərhələdəki rəqibi də müəyyənləşib. Bu "DAK 1904" (Slovakiya) klubunu "əzən" (səfərdə 6:0 və evdə 3:3) "Tvente" (Hollandiya) klubudur. İlk oyun avqustun 20-də səfərdə, cavab matçı isə avqustun 27-də Bakıda olacaq.
İNTİQAM Məmmədov

Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111



