Çimərlik güləşçiləri Bakıya toplayacaqlar
27-29 avqust günlərində Xəzər dənizi sahilində yerləşən "Sea Breeze" istirahət mərkəzində çimərlik güləşi üzrə U-17 dünya çempionatı və böyüklər arasında Dünya Seriyasının sayca 4-cü mərhələ yarışı keçiriləcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışların ilk günü U-17 dünya çempionatı keçiriləcək. Yarışda 34 ölkəni təmsil edən 150-dək güləşçi Xəzər sahilində qum üzərinə çıxaraq medallar uğrunda yarışacaq. Oğlanlar 60, 70, 80 və 90 kq, qızlar isə 45, 55, 65 və 75 kq çəkidə mübarizə aparacaq.
28-29 avqust günlərində isə böyüklər arasında çimərlik güləşi üzrə Dünya Seriyasının sayca 4-cü olan növbəti mərhələ yarışı keçiriləcək. Bu yarışda isə 34 ölkədən 200-dək idmançı iştirak edəcək. Kişilər 70, 80, 90 və +90, qadınlar isə 50, 60, 70 və +70 kq-da güclərini sınayacaqlar.
İNTİQAM Məmmədov

Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111



