Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Mədəni-irs: keçmişdən gələcəyə aparan yol” +FOTO=13

Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə, Azərbaycanın İşğaldan Azad  Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin “Böyük qayıdış prosesində mədəni irsin sosial-iqtisadi təsirləri” adlı Layihə çərçivəsində Laçın rayonların şəhərində  12 avqust 2026-cı il tarixdə “Mədəni-irs: keçmişdən gələcəyə aparan yol” adlı tədbir keçirilmişdir. 

İrs sadəcə keçmişin yaddaşı deyil o, cəmiyyətin kim olduğunu, nəyi dəyərləndirdiyini və hara getdiyini müəyyən edən əsas strateji resursdur. İnsanlar çox zaman gələcəklərini planlaşdırarkən iqtisadi göstəricilərə, texnologiyaya və siyasətə baxırlar. Lakin daha dərin səviyyədə bu planların istiqamətini müəyyən edən məhz irsdir. Çünki irs cəmiyyətin kollektiv yaddaşı, emosional bağları və mənəvi çərçivəsidir.
Müasir tədqiqatlar göstərir ki, mədəni irslə güclü əlaqəsi olan cəmiyyətlərdə sosial bağlılıq və vətəndaş iştirakçılığı daha yüksək olur. Məsələn, UNESCO tərəfindən aparılan araşdırmalara görə, irs layihələrinə icma səviyyəsində aktiv qatılan bölgələrdə sosial etimad səviyyəsi əhəmiyyətli dərəcədə artır. Bu isə birbaşa olaraq sabitlik və inkişafla əlaqəlidir.

 

Tədbirdə aşağıdakı mövzular müzakirə olundu:
 

İrs və Kimlik: İrs insanların özlərini tanımasının əsas vasitəsidir. O, fərdi deyil, kollektiv kimlik yaradır. İrs kimlik formalaşdırır:
 

Tarixi yaddaşı qoruyaraq. Ortaq dəyərləri ötürərək, nəsillər arasında körpü yaradılmasını təmin etmək. Məsələn: Dil və folklor - mədəni identiklik.Tarixi abidələr - milli qürur. Ənənələr - sosial davranış modeli. Əgər bir cəmiyyət irsini itirirsə, o yalnız keçmişini deyil, özünü də itirir.
 

İrs və Sosial Birlik: İrs cəmiyyət daxilində görünməyən, lakin çox güclü sosial bağlar yaradır. Bu bağlar insanların bir-birinə güvənməsini, ortaq dəyərlər ətrafında birləşməsini və kollektiv davranış formalaşdırmasını təmin edir. İrsin sosial birlikdə rolu:
 

  • İnsanları ortaq tarix ətrafında birləşdirir
  • Müxtəlif qruplar arasında dialoq yaradır
  • Sosial parçalanmanın qarşısını alır
  • İcma ruhunu gücləndirir

İrs və Mədəni Dəyərlər: İrs cəmiyyətin dəyərlər sistemini qoruyur və ötürür. Bu dəyərlər isə: Davranış normalarını müəyyən edir. Sosial münasibətləri formalaşdırır. Etik çərçivə yaradır
İrs olmadan dəyərlər sisteminin davamlılığı mümkün deyil. Buna görə də qeyri-maddi irs — dil, ənənə, mərasimlər — cəmiyyətin “görünməyən konstitusiyası” kimi fəaliyyət göstərir.

 

İrs və Güc: Müasir dünyada irs yalnız daxili deyil, həm də beynəlxalq güc alətidir. Bu anlayış - yəni ölkələrin digər ölkələrə təsir etmə qabiliyyəti. İrs yumşaq güc kimi istifadə olunur:

  • Mədəniyyət vasitəsilə təsir yaratmaq
  • Turizm və beynəlxalq maraq formalaşdırmaq
  • Qlobal imic və reputasiya qurmaq

Bu ölkələr irs vasitəsilə yalnız turist cəlb etmir, həm də qlobal təsir gücü yaradır. Maraqlı fakt: Dünya turizminin təxminən 40%-i mədəni irs və tarixi obyektlərlə bağlıdır. Bu isə göstərir ki, irs yalnız mədəni deyil, həm də ciddi iqtisadi və geosiyasi alətdir. İrsin cəmiyyətdə rolu üç əsas istiqamətdə cəmlənir:

  • Kimlik - kim olduğumuzu müəyyən edir
  • Birlik - bizi bir arada saxlayır
  • Güc - dünyada təsirimizi artırır

Bu səbəbdən müasir yanaşmada irs: sadəcə qorunmalı deyil idarə olunmalı, aktiv istifadə edilməli və strateji dəyərə çevrilməlidir

Layihə rəhbəri, böyük qayıdış prosesində mədəni irsin aşağıdakı sosial təsirlərin olmasını düşünür :

  • Tarixi yaddaşın və milli kimliyin bərpasına başlanacaq:- İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin bərpası əhalinin tarixi yaddaşını və milli kimliyini gücləndirirərək və eləcədə, dini məbədlər, qəbiristanlıqlar və tarixi yaşayış məskənləri insanların öz doğma yurdları ilə mənəvi bağlılığını möhkəmləndirəcək. 
     
  •  
  • İcmaların yenidən formalaşması zərurəti yaranacaq. Məsələn: - Mədəni irs ətrafında sosial münasibətlər və ictimai həyat yenidən canlanacaq. Ənənələrin, mərasimlərin və qeyri-maddi irsin dirçəldilməsi icma həmrəyliyini artıracaq. 
     
  •  
  • Mədəni davamlılıq təmin olunacaq: - Folklor, musiqi, sənətkarlıq və milli adətlərin qorunması gələcək nəsillərə mədəni irsin ötürülməsinə şəraitin yaradılması, gənclərin milli-mədəni dəyərlərə bağlılığı gücləndirəcək. 
     
  •  
  • Təhsil və elmi inkişaf sürətlənəcək: - Bərpa olunan tarixi abidələr təhsil və elmi tədqiqatlar üçün praktik laboratoriyaya çevrilməklə tədqiqat institutları üçün yeni araşdırma imkanları yaranacaq. 
     
  •  
  • İnsanların sosial rifahı və psixoloji drumu bərpa olunacaq: - Doğma yurdlara qayıdan insanların mədəni irslə yenidən təması psixoloji adaptasiyasını sürətləndirməklə, tarixi mühitin bərpası təhlükəsizlik və mənsubiyyət hissini gücləndirəcək.