"Sabah" bu gün evdə "Orxus"u qəbul edəcək
Bu gün UEFA Çempionlar liqasında üçüncü mərhələnin cavab oyunları keçiriləcək. Azərbaycanı bu turnirdə təmsil edən ölkə çempionu "Sabah" klubu cavab oyunu çərçivəsində Danimarkanın "Orxus" klubunu doğma divarlar arasında qəbul edəcək. Görüş saat 20:00-da Masazırdakı "Bank Respublika Arena" stadionunda başlanacaq. Matçı fransalı referi Villi Delajo idarə edəcək.
Xatırladaq ki, Valdes Dambrauskasın komandası bir həftə öncə səfərdə keçirdiyi ilk oyunda minimal hesabla uduzub - 1:2.
Yeri gəlmişkən, bu cütün qalibi Çempionlar Liqasının növbəti pley-off mərhələsində "Hapoel" (İzrail) - "Serveno Zvezda" (Serbiya) cütünun qalibi ilə üzləşəcək.
Bu dueldən məğlub ayrılan isə Avropa Liqasının pley-off mərhələsində "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) duelinin qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, sabah isə ölkəmizi Konfrans Liqasında təmsil edən "Qarabağ" klubu evdə növbəti matçına çıxacaq.
İNTİQAM Məmmədov


