DQS-nın "Sea Breze" mərhələsi keçiriləcək
15-16 avqust günlərində 3x3 basketolu üzrə Dünya Qadın Seriyasının 2026-cı il mövsümündə Azərbaycanda keçirilməsi nəzərdə tutulan son mərhələ yarışı baş tutacaq. Söhbət "Sea Breze" mərhələsindən gedir. İki gün davam edəcək bu turnirdə Azərbaycan millisi və "Neftçi SOKAR" klubu ilə yanaşı, daha bir neçə yığma və klub mübarizə aparacaq. ABF-dən verilən məlumata görə, həmin turnirdə Hollandiya, Almaniya, Avstraliya, Latviya, Çexiya, Ukrayna, Polşa, Paraqvay və Misir yığması və eləcə də "Madrid", "Varşava", "Benin", "Yanqjinq" və "Arraste" klubu iştirak edəcək.
İNTİQAM Məmmədov


