Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız AK-da 7 medal qazanıblar 

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında keçirilən Avropa kubokuna yekun vurulub. 8-9 avqust günlərində keçirilən turnirdə Azərbaycan komandası 2-si qızıl, 5-i bürünc əyarlı olmaqla 7 medal qazanıb. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 34 ölkə arasında üçüncü yeri tutub. Qeyd edək ki, millimiz sözügedən turnirə böyük məşqçi Saşa Herkenart-Vimarin rəhbərliyi altında 6 çəki dərəcəsində 13 (4 oğlan və 9 qız) cüdoçu ilə qatılıb.

Qazanılan medallara gəlincə, yığmamızın aktivinə yazılan qızıl medalları öz çəkisində bütün görüşlərini qələbə ilə başa vuran Xədicə Qədşova (57 kq) və Davud Namazlı (100 kq) əldə edib. Bürünc medallar isə çıxışını üçüncü yerdə bitirən Nərgiz Əhmədova, Gülgəz Musayeva (hər ikisi 48 kq), Aytən Verdiyeva (57 kq), Nilgün Rzayeva (63 kq) və Canpolad Əliyevin (100 ki) payına düşüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin