Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan "Məkkə sazişi"ni imzaladı
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan "Məkkə sazişi" adlandırılan yeni üçtərəfli müdafiə sazişini imzalayıblar.
AZpress.AZ xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, sazişin əsas müddəası kollektiv müdafiə prinsipidir. Sənədə əsasən, üç dövlətdən birinə qarşı edilən silahlı hücum hər üç ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək.
Sənəd bu gün Ər-Riyadda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.
Sazişin əsas müddəası kollektiv müdafiədir.
Bildirilib ki, "Məkkə sazişi" təcavüzün qarşısının alınması məqsədilə kollektiv çəkindirmə mexanizmini gücləndirməyə və müdafiə sahəsində əməkdaşlığın bütün istiqamətlərini genişləndirməyə xidmət edir.
Türkiyə tərəfi bəyan edib ki, saziş hər hansı konkret ölkə və ya tərəfə qarşı yönəlməyib. Razılaşma regionun digər dövlətlərinin də qoşulması üçün açıqdır.


